Sosial
11.12.2015 / 11:19

Ulu öndərin xatirəsi Balakəndə anıldı

Ulu  öndərin xatirəsi Balakəndə anıldı İnform.az Balakən rayon Icra Hakimiyyətinin saytına istinadən xəbər verir ki, dünən Balakən rayonunda ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.Tədbir iştirakçıları əvvəlcə ulu öndərin Heydər Əliyev adına mədəniyyət və istirahət parkında yerləşən möhtəşəm abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Müasir Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin xatirəsi birdəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan Balakən Rayon İcra Hakimiyətinin başçısı İslam Rzayev ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən, çoxşaxəli ictimai-siyasi fəaliyyətindən söz açıb.
Natiq Ulu öndər Heydər Əliyevin 30 ildən artıq bir müddətdə - istər sovet dövründə, istərsə də müstəqillik illərində qüdrəti və zəkası, böyük müdrikliyi və uzaqgörənliyi ilə Azərbaycanı dünya dövlətləri sırasında xüsusi nüfuza sahib olduğunu vurğulayaraq deyib ki, “Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi kimi qiymətləndirilən bu dövrdə Ulu Öndər tərəfindən görülən böyük işlərin, onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyalarının məntiqi nəticəsidir ki, bu gün xalqımız demokratik və hüquqi bir dövlətdə yaşamaq imkanı əldə edib, ən başlıcası isə siyasi və iqtisadi müstəqilliyə nail olub. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırıb, hərtərəfli inkişafına nail olub, müstəqilliyini əbədi və dönməz edib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artıraraq, Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaradıb. Ulu öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini aydın görən xalqımız bu siyasəti yüksək dəyərləndirir və onun ətrafında daha sıx birləşib.
Ulu öndər Heydər Əliyev ideyalarının təntənəsi ölkəmizin hər yerində olduğu ki, Azərbaycanın ən gözəl guşələrindən biri olan Balakən rayonunda da öz əksini tapıb. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində Balakən rayonunun sosial-iqtisadi inkişafı, infrastruktur layihələrinin yerinə yetirilməsi və ümumilikdə əhalini narahat edən problemlərin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilib, rayonun bütün kəndlərinə qaz xətti çəkilmiş, minlərlə əhalinin yaşadığı məntəqələri birlişdirən yollar yenidən tikilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb.
Ümummilli lider hər bir Azərbaycan vətəndaşının qəlbində özünə əbədiyaşar abidə ucaldıb. Ulu öndər gələcək nəsillər üçün böyük örnəkdir. Onun Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərini ildən-ilə daha çox görürük. Hazırda Azərbaycanın gündən-günə güclənməsi, inkişaf etməsi, bölgənin lider ölkəsinə çevrilməsi ulu öndər siyasətinin nəticəsidir. Nə qədər Azərbaycan xalqı var, Heydər Əliyev daima yaşayacaqdır.
Azərbaycan xalqı dövlətin qurucusu, dahi insan - Ulu öndər Heydər Əliyevi unutmur və heç zaman unutmayacaq”.
Sonra isə Milli Məclisin deputatı Nəsib Məhəməliyev çıxışında ulu öndərimizin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərini qeyd edib. Natiq bu gün Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, ölkəmizdə bütün sahələrdə əldə edilən böyük inkişaf ümummilli liderimizin əzmkar fəaliyyətinin, onun müəyyənləşdirdiyi siyasi kursun nəticəsi olduğunu qeyd edib. Ulu öndərimizin zəngin irsinin gənclərimiz tərəfindən öyrənildiyi, onun fəaliyyətinin və ideyalarının indiki və gələcək nəsillər üçün örnək olduğu diqqətə çatdırılıb. Hər bir azərbaycanlının qəlbində xalqımızın xilaskarı və müstəqil dövlətimizin qurucusu Heydər Əliyevə böyük sevgi və dərin minnətdarlıq hissi var. Ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsi daim qəbimizdədir.
Bədii hissə ilə davam edən tədbirdə İrəvan Dövlət Azərbaycan Dram Teatrı ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Nurlu ömrün anları” mənzum tamaşasını nümayiş etdirib.

İnform.az

Baxış sayı: 377