Texnologiya
10.12.2015 / 20:03

"Google"dan yüksək səviyyəli planşet gəlir

"Google"dan yüksək səviyyəli planşet gəlir

"Google"un sentyabr ayında təqdim etdiyi flaqman planşeti "Pixel C" 8 dekabrda satışa çıxarılacaq. "Google Play Store"da siyahıya salınacaq planşetin 32 GB-lıq modeli 499 $, 64 GB-lıq modeli isə 599 $ qiymətinə sahib olacaq.
"Pixel C"də prosessor qismində dörd nüvəli "Tegra X1" yer alır. Planşet 10,2 düym böyüklüyündə 2560 x 1800p keyfiyyətli ekrana yer sahibdir.

"Google" tərəfindən hazırlanan ilk planşet olan "Pixel C" xarici klaviatura aksesuarı sayəsində bir dizüstü kompüter olaraq da istifadə edilə bilir. Bluetooth ilə qoşulan ağıllı klaviaturanın qiyməti isə 149 dollardır.

"Android 6.0 Marshmallow" əməliyyat sistemi ilə işləyən planşetdə 3 GB RAM, USB Type-C port, NFC, 7MP arxa kamera və 2MP ön kamera yer alır.

İnform.az

Baxış sayı: 344