İdman
09.12.2015 / 20:04

Naxçıvanlı qızların uguru

Naxçıvanlı qızların uguru09 dekabr 2015-ci il tarixdə Kəngərli Rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin, Uşaq Gənclər İdman Məktəbinin və YAP Kəngərli Rayon Təşkilatının Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Kəngərli rayon ümumtəhsil məktəblərinin qızlardan ibarət komandaları arasında Kəngərli rayon Xok kənd tam orta məktəbində voleybol üzrə rayon birinciliyi keçirilib.
İnform.az bu barədə naxçıvanxeberleri.com saytının facebook səhifəsində xəbər verildiyini bildirir.
Birincilikdə I yerə Şahtaxtı kənd tam orta məktəbi, II yerə Xok kənd tam orta məktəbi, III yerə isə Qıvraq qəsəbə tam orta məktəbləri layiq görülüblər. Sonda qaliblərə təşkilatçılar tərəfindən diplom və hədiyyələr verilib.

İnform.az

Baxış sayı: 306