Dünya
08.12.2015 / 10:53

Leyla Əliyeva Ollandla görüşüb - FOTO

Leyla Əliyeva Ollandla görüşüb Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva Parisdə BMT-nin İqlim Dəyişikliyi üzrə 21-ci Konfransı (COP21) çərçivəsində təşkil olunan rəsmi qəbulda iştirak edib.

İnform.az axar.az-a istinadən xəbər verir ki, rəsmi qəbul bu ölkənin Ekologiya, Davamlı İnkişaf və Enerji Nazirliyi tərəfindən təşkil olunub. Tədbirdə Fransa Respublikasının Prezidenti Fransua Olland iştirak edib.

Xatırladaq ki, noyabrın 30-dan dekabrın 4-dək Parisdə BMT-nin iqlim dəyişikliyi ilə bağlı COP 21 konfransı keçirilib. Konfransda 150-dək ölkənin dövlət və hökumət başçıları iştirak edib. Tədbirdə bəşəriyyəti narahat edən iqlim dəyişikliyi ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunub.

Baxış sayı: 212