Texnologiya
07.12.2015 / 09:43

Mingəçevirdə kompüter istehsal olunacaq

Mingəçevirdə kompüter istehsal olunacaq2016-cı ildə Azərbaycanda Tayvanın "Acer" şirkətinin brendi ilə təqribən 5 min kompüter istehsal ediləcək. Bu istehsal il ərzində nəzərdə tutulub.
Bunu mətbuata açıqlamasında "H-tech" şirkətinin icraçı direktoru Səid Quliyev deyib. Onun sözlərinə görə, hazırda ölkənin bir sıra dövlət strukturları ilə aparılan danışıqlar uğurla nəticələnib.Məhz buna görə də istehsalın həcmi 5 dəfə arta bilər.
S.Quliyev qeyd onu da edib ki, "Acer" kompüter texnikasının istehsalına 2016-cı ilin fevralında başlanılacaq: "Mingəçevir texnologiya parkında istehsal ediləcək məhsulun qiyməti rəqabət qabiliyyətli olacaq".O həmçinin bildirib ki, istehsal edilən texnika əvvəlcə "BestComp" şirkətinin mağazalar şəbkəsində satılacaq, sonra isə distribüter şəbəkəsi genişlənəcək.

İnform.az

Baxış sayı: 287