Maraqlı, Texnologiya
07.12.2015 / 10:42

Porsche ilk elektrikli avtomobilinin istehsalına başlayır

Porsche ilk elektrikli avtomobilinin istehsalına başlayır

Sentyabr ayında təşkil olunmuş “Frankfurt Motor Show” çərçivəsində təqdim olunmuş elektrikli avtomobil “Mission E” ziyarətçilər tərəfindən böyük maraqla qarşılanmışdı.

İnform.az “Porsche”-nin verdiyi açıqlamaya istinadən bildirir ki, şirkət “Mission E”-nin kütləvi istehsalına başlayacaq. “Porsche” Stuttgart-Zuffenhausen-dəki zavodunu yeni modelin istehsalına hazır hala gətirməyə başlayıb və bu iş üçün 700 milyon avro investisiya edib.

Porsche ilk elektrikli avtomobilinin istehsalına başlayır


Xatırladaq ki, “Mission E” 600 at gücünə sahibdir və 100km/saat sürətə 3.5 saniyədə çatır. Tam enerji dolumu ilə 500 kilometrdən çox yol gedə bilir. Maraqlısı odur ki, avtomobilin batareyasının 80%-i 15 dəqiqə ərzində dolur.

Baxış sayı: 210