Texnologiya
10.07.2015 / 11:06

5 elektron xidmətdən 185 min istifadə

5 elektron xidmətdən 185 min istifadə

İyun ayında “Elektron hökumət” portalında ən çox istifadə olunan elektron xidmətlərdən 5-i Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin payına düşüb.

Nazirlikdən İnform.az-a verilən məlumata görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ən çox müraciət edilən e-xidmətləri “Telefon nömrəsi üzrə axtarış”, “Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi”, “Mobil cihazların qeydiyyatdan keçirilməsi”, “Mobil cihazların IMEI qeydiyyatının yoxlanılması” və “Rabitə və kommunal xidmət haqlarının internet vasitəsilə ödənilməsi” xidmətləri olub.

İstifadəçilər adıçəkilən xidmətlərdən müvafiq olaraq 65102, 41778, 29179, 29016 və 20931 dəfə istifadə ediblər. Ümumilikdə 186006 istifadə sayı qeydə alınıb.

Baxış sayı: 363