Dünya, Maraqlı
05.12.2015 / 12:04

Milli Milad ağacının işıqlarını Obama yandırdı - VİDEO

Milli Milad ağacının işıqlarını Obama yandırdıPrezident Barak Obama bayram mövsümünə Milli Milad ağacının işıqlarını yandıraraq, start verib.

O, həmçinin amerikalılara müraciət edib: “Cənubi Kaliforniyada 14 nəfərin güllələnməsindən sonra, gəlin bir gün bacı və qardaş kimi birləşək. Onların itkisi bizim də itkimizdir. Biz hamımız Amerika ailəsiyik.”

Daha sonra isə prezident, arvadı Mişel, qızları Maliya və Saşa və qayınanası Marian Robinsonla birlikdə Ağ Ev yaxınlığındakı Milad ağacının işıqlarını yandırıb.

Gecənin xüsusi qonaqları arasında Miss Piqqi də olub.

Baxış sayı: 479