Sosial
10.07.2015 / 10:44

Dəmir yolunda gücləndirilmiş iş rejimi

Dəmir yolunda gücləndirilmiş iş rejimi

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin Daşımaları Departamentində Ramazan bayramı ərəfəsində gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

Qurumun mәtbuat katibliyinin rәisi Nadir Әzmәmmәdovun İnform.az-a verdiyi mәlumata görә, departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görür:

"Bayram günlərində sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 ədəd əlavə vaqonun qoşulması təmin ediləcək. Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir”.

Baxış sayı: 385