Baş xəbər, Texnologiya
02.12.2015 / 17:46

İlham Əliyev “BakuTel-2015” sərgisində olub

İlham Əliyev “BakuTel-2015” sərgisində olubAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Baku Expo Mərkəzində “BakuTel-2015” XXI Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi ilə tanış olub.

Dövlət başçısına dekabrın 5-dək davam edəcək “BakuTel-2015” beynəlxalq sərgisində 200-dən artıq şirkətin iştirak etdiyi haqda məlumat verilib. Yeni şirkətlərin diqqətini cəlb edən sərgidə bu il debütantların sayı iştirakçıların ümumi sayının 15 faizini təşkil edir.

Sonra Prezident İlham Əliyev sərginin pavilyonları ilə tanış olub.

“BakuTel-2015” sərgisi çərçivəsində “Azerspace-2” peykinin orbitə çıxarılması barədə Azərbaycan Prezidentinin iştirakı ilə “Azərkosmos” ASC ilə Fransanın “Arianespace” şirkəti arasında müqavilə imzalanıb.
Axar.az

Baxış sayı: 273