Maraqlı, Elm-təhsil
02.12.2015 / 14:53

Şotlandiyada dinozavr izləri

Şotlandiyada dinozavr izləri İnform.az xarici mətbuata istinadən xəbər verir ki, Şotland paleontoloqları Skay adasında dinozavr izləri aşkar ediblər. Alimlərin məlumatına görə bu dinozavrların nazik ayaqları, uzun boyunları olub və onlar bataqlıq, ya da yarım su olan ərazilərdə yaşayıblar. Bu xüsusiyyətlərinə görə yeni kəşf olunan dinozavrları Lox-Ness-də aşkarlanan mifik “Nessi” qulyabanısına ən yaxın analoq hesab etmək olar.

Şotlandiyalı alimlər bunu Şotlandiyada aşkarlanan ən maraqlı tapıntı hesab edirlər.
“İzləri araşdıraraq biz 170 milyon il bundan öncə bu qədim kərtənkələlərin Şotlandiya ərazisində necə yaşadığını təsəvvür edə bilərik” – deyə Şotlandiya universitetinin alimi Stiven Brusset bildirib.

Brussat və onun əməkdaşları bu izlərin dördayaqlı, otyeyən dinozavrlara-zauropodlara aid edirlər.

Alimlərin tapıntısında onları təəccübləndirən məqamlardan biri də budur ki, bu vaxta kimi zauropodların quraqlıq ərazilərdə yaşadıqları təxmin edilirdi. Amma yeni kəşf bu canlıların yarımsəhra ərazilərdə yaşadığını göstərir.

İnform.az


Baxış sayı: 311