Elm-təhsil
02.12.2015 / 10:58

ADİU-da doktoranturaya yeni qəbul qaydaları

ADİU-da doktoranturaya yeni qəbul qaydalarıAzərbaycan Dövlət İqtisad Universitetində doktoranturaya qəbulda yeni qaydalar qüvvəyə minib. Universitetin Elmi Şurasının qərarına əsasən, universitetdə fəlsəfə doktoru proqramı üzrə ingilis dili fənnindən qəbul imtahanı artıq British Council tərəfindən həyata keçiriləcək.

Digər yeniliyə uyğun olaraq, İELTS və TOEFL beynəlxalq sertifikatı olanlar ingilis dili imtahanından azad olunacaq. Dəyişikliklər fəlsəfə doktoru proqramı üzrə doktorantların ingilis dilindən doktorluq imtahanlarına da şamil olunacaq. Yeniliklərin tətbiqində əsas məqsəd qəbulda obyektivliyi təmin etməklə, elmi səviyyə üçün tələb olunan ingilis dili biliklərinin artırılmasına nail olmaqdır.

Eləcə də, növbəti tədris ili üzrə elmlər doktoru və fəlsəfə doktoru proqramları üzrə sənəd qəbulunun tam elektronlaşdırılması nəzərdə tutulub.

Qeyd: ADİU-da 2013-cü tədris ilində doktoranturaya sənəd verənlərin ümumi sayı 52 nəfər, 2014-cü ildə 63 nəfər olduğu halda 2015-ci ildə əhəmiyyətli dərəcədə artaraq 104 nəfər təşkil edib.

Baxış sayı: 353