Dünya
02.12.2015 / 10:24

Xəstəxanaya edilən hücum nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb

Xəstəxanaya edilən hücum nəticəsində ölənlərin sayı 7 nəfərə çatıbSuriyanın Homs şəhərində xəstəxanaya edilən hücum nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb. İnform.az Almaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə Sərhədsiz Həkimlər Agentliyi məlumat yayıb.

Verilən məlumata görə, daha 47 nəfərin vəziyəti ağırdır. Onların əksəriyyəti qadın və uşaqlardır.

Hücum nəticəsində xəstəxananın tamamı ilə dağıdıldığı bildirilir.

Qeyd edək ki, xəstəxananın yerləşdiyi Homs şəhəri Prezident Əsədin rəhbərlik etdiyi qüvvələrin yerləşdiyi regonla paytaxt Dəməşq arasında yerləşir və bir ilə yaxındır ki, bu şəhərdə döyüşlər gedir.

Baxış sayı: 343