Sağlamlıq
01.12.2015 / 16:02

Kimyəvi terapiya xərçəngi inkişaf etdirə bilər

Kimyəvi terapiya xərçəngi  inkişaf etdirə bilər Tomsk universitetinin alimləri belə qənaətə gəliblər ki, kimyəvi terapiya xərçəng hüceyrələrini məhv etməklə bərabər, eyni zamanda, əks nəticələr verərək hüceyrələrdə mutasiya yarada, bu da öz növbəsində dərmanlara qarşı müqaviməti güclü olan şişin daha aqressiv formasını meydana gətirə bilər.

Bu barədə İnform.az Rusiya mətbuatına istinadən xəbər verir.

“Sibirskaya Onkologiya” jurnalında dərc olunan məqalədə qeyd edilir ki, Tomsk universitetinin alimlərinin araşdırması nəticəsində, kimyəvi terapiyanın çox zaman xərçəng hüceyrələrinin mutasiyasına gətirib çıxardığı və bunun da dərmana qarşı davamlı yeni xərçəng formasının yaranmasına səbəb olduğu aşkarlanıb.

“Biz aydınlaşdırdıq ki, kimyəvi terapiya mutasiyaya da səbəb olur. Bu, əvvəllər döş xərçəngi xəstəliyindən əziyyət çəkən xəstələrdə olmurdu. Biz başa düşməliyik ki, bunun səbəbi nədir və qarşısını almaq üçün hansı metodlardan istifadə etmək olar”. Universitetin alimi Marina İbrahimovanın dediyinə görə, heç şübhə yoxdur ki, kimyəvi terapiya ciddi olaraq individual olmalı və hər pasiyentin öz xüsusiyyətləri nəzərə alınmalıdır.

TDU-nun bir qrup rus genetika alimi Nikolay Litvyakovun rəhbərliyi altında aydınlaşdırmağa çalışıblar ki, nə üçün hətta ən yeni kimyəvi terapiya metodları döş xərçənginin qarşısında aciz və gücsüz qalıblar. Onlar qeyri-adekvat kimyəvi terapiya keçən yüzlərlə xərçəng xəstəsi olan qadınları müşahidə etdikdən sonra bu suala cavab verməyə çalışıblar.

Tədqiqatçılar maraqlandıran əsas məsələ budur ki, dərman molekulları ilə rastlaşan xərçəng hüceyrələrində hansı dəyişikliklər yaranır. Beləki alimlər uzun müddətdir ki, şiş hüceyrələrinin kimyəvi terapiya zamanı dəyişdiyindən şübhələnirlər.

Məlum olub ki, kimyəvi terapiya kömək etməyən qadınlarda bu, həqiqətən baş verir. Alimlər həmin qadınların qan analizlərində ikilənmiş və üç dəfə artmış yeni mutasiya formaları aşkarlayıblar.Bu mutasiyaların artması səbəbiylə də xərçəng hüceyrələri güclənir və daha aqressiv formada müqavimət göstərməyə başlayaraq orqanizmin hər yerinə yayılır. Beləliklə də, kimyəvi terapiya əslində yeni xərçəng formalarının yaranmasına səbəb olur.

Hələlik alimlər bilmirlər bu, nəyə görə bəzi qadınlarda müşahidə edilir, bəzilərində isə yox. Litvyakov və onun kolleqaları döş xərçəngindən əziyyət çəkən qadınları müşahidə etməklə yaranan suallara cavab tapmaq niyyətindədirlər. Bundan başqa İbrahimova qeyd edir ki, indi tomsklu alimlər bütün bunların qarşını alıb düzgün kimyəvi terapiya metodları seçmək üçün müxtəlif metodlar və aparatlar yaratmaq üzərində çalışırlar.

İnform.az

Baxış sayı: 458