Şərhlər
01.12.2015 / 13:21

Qaraçı uşaqları və “nurlu” gələcəyimiz...

İnqilab Şirinbəyli/siyasi şərhçi

Qaraçı uşaqları və “nurlu” gələcəyimiz...Onlara ölkəmizin istənilən bölgəsində demək olar ki, hər gün rast gəlirik.
Söhbət Türkiyədə çingənə, Rusiyada çıqan, Azərbaycanda isə qaraçı kimi tanınan etnik xalqdan gedir.Bu gün bütün dünyada onları ümumiləşdirən bir cəhət var - dilənçilik... Çünki qaraçılar deyiləndə ilk növbədə dilənçilik yada düşür.Digər dilənçilərlə müqayisədə onların bir fərqi xüsusi diqqət çəkir. Dilənçilərin əksəriyyəti qadınlardı.Maraqlıdır ki,bir çox hallrda qaraçı adını üzərlərinə götürməyən və özlərini “əcəmi kürdü”adlandıran bu etnik xalqın kişiləri özləri fiziki əməkdən və dilənməkdən belə çəkinib qadınları və uşaqları önə verirlər.

Məsələn, ”Təmas”İctimai Birliyinin apardığı monitorinqlər zamanı məlum olub ki, Yevlax,Mingəçevir, Ağdaş, Bərdə və Gəncədə dilənçilik edən azyaşlı uşaqların təxminən 80-90 faizi məhz qaraçılardır. Adıçəkilən təşkilatın nümayəndəsi Kubra Ələkbərovanın sözlərinə görə,araşdırmalar zamanı bir sıra diqqətçəkən və maraqlı məqamlar ortaya çıxıb.Məlum olub ki, roman tayfalarından olan qaraçıların məktəbyaşlı uşaqlarının 90-95 faizi demək olar məktəbə getmir.Və ya yaxud təhsillərini elə ibtidai sinifdə yarımçıq saxlayıblar.Qaraçı uşaqları məktəbəqədər tərbiyə müsəsisələrinə(uşaq bağçalarına)isə ümumiyyətlə getmirlər. Böyük əksəriyyətinin doğum şəhadətnamələri belə yoxdu.Hətta,valideyinlər də uşaqlarına sənədlərin alınması üçün elə maraq göstərmirlər.Özlərinəməxsus “marşurt”ları və “iş plan”ları olan qaraçı ailələri uşaqlarını təlimatlandırır.Onlar əsasən insanların intensiv hərəkətdə olduğu yerlərdə, Şəhidlər xiyabanlarına, xüsusən cümə günləri qəbirstanlıq və məscidlərin kənarlarında yerlərini tutaraq gəlib-gedən insanlardan əl çəkmər, istədiklərini almağa çalışırlar. Tibbi müayindən keçməyən bu uşaqların çoxu müxtəlif infeksion xəstəliklərin daşıyıcısı kimi hər gün digər insanlarla təmasda olurlar.Təhsildən yayınan,yarıac,yarıtox və səfil həyat tərzi keçirən bu uşaqlar artıq gələcəyin potensial cinayətkarı və insan alveri qurbanlarıdırlar.Bir sözlə, görünən dağa bələdçi lazım deyil, “Təhlükə bir addımlığımızdadır...”

Qaraçı uşaqları və “nurlu” gələcəyimiz... Qaraçı uşaqları və “nurlu” gələcəyimiz...

Deməli,yerlərdəki aidiyyatı qurumlar hərəkətə keçməli və gələcəyimiz üçün hər an ciddi problemə çevriləcək bu mənfi tendensiyanın qarşının alınması üçün müvafiq addımlar atılmalıdır.
Qaraçı uşaqları və “nurlu” gələcəyimiz...Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi mövcud problemin həlli istiqamətində media qurumlarını və ictimai təşkilatları bir araya gətirməkdə maraqlıdır. Ancaq bu məsələdə ən böyük məsuliyyət Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin üzərinə düşür.

Məhz adıçəkilən idarə xüsusi ilə medianın(daha çox elektron medianın) imkanlarından yararlanmaqla bir addımlığımızda olan təhlükənin qarşısnı ala bilər.Otaq şəraitindəki formal xarakterli seminarlar, dəyirmi masalar problemi həll etmək əvəzinə,onu daha da dərinləşdirir.

İnform.az

Baxış sayı: 654