Siyasət
30.11.2015 / 11:17

E. Məmmədyarov NATO xarici işlər nazirlərinin görüşündə iştirak edəcək

E. Məmmədyarov NATO xarici işlər nazirlərinin görüşündə iştirak edəcəkAzərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov NATO xarici işlər nazirlərinin görüşündə iştirak edəcək.

İnform.az xəbər verir ki, bu barədəd Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Verilən məlumata görə, görüş dekabr 1-2-də NATO-nun Brüsseldəki mənzil qərargahında baş tutacaq. E. Məmmədyarov tədbir çərçivəsində NATO-nun Əfqanıstana dair “Qətiyyətli dəstək” missiyasının xarici işlər nazirlərinin toplantısına qatılacaq.

Baxış sayı: 239