Gündəm, Hadisə
09.07.2015 / 22:21

Zavodda partlayış baş verib

Zavodda partlayış baş verib

İsfahanın dəmirəritmə zavodunda baş vermiş partlayışda 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb

İyulun 9-u, İranın İsfahan şəhərinin yaxınlığındakı dəmirəritmə zavodunda baş vermiş güclü partlayış nəticəsində 3 nəfər həlak olub, 4 nəfər isə ağır xəsarət alıb.
Hadisə, zavodun sobasında metal tullantıları əridilərkən baş verib. Nəticədə gecə növbəsində işləyən fəhlələrdən ən azı 3-ü yerindəcə həlak olub, 4-ü isə ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Zavodun HSF bölməsinin rəhbəri jurnalistlərə açıqlamasında hadisənin baş verdiyini təsdiqləsə də, partlayışda ölən və ya yaralananların sayı barədə ziddiyyətli məlumatlar yayıldığını bəyan edib. Partlayışın konkret səbəbi barədə hər hansı bir məlumat yayılmayıb.
Qeyd edək ki, İsfahanın 30 kilometrliyindəki bir ərazidə yerləşən, çeşidli polad məhsullarının istehsalı ilə məşğul olan dəmirəritmə zavodu 1964-cü ildən fəaliyyət göstərir.
İnform.az

Baxış sayı: 328