Baş xəbər, Maraqlı
27.11.2015 / 11:36

Avropanın ən yaxşı avtomobil muzeyləri

Avropanın ən yaxşı avtomobil muzeyləri
Avtomobil muzeyləri məşhurluğuna və bura gələn adam sayına görə endirimlər vaxtı brend mağazaları ilə rəqabət apara bilər. Muzeylər bütün ili, səhərdən-axşama qədər işləyir və orada daim ziyarətçilər var. Keçmiş avtomobillərin formasına baxaraq avtomobillərin inkişafını izləməkdən maraqlı nə ola bilər ki? Marifia dərgisi sizə Avropada gedə biləcəyiniz ən yaxşı 7 avtomobil muzeyinin siyahısını hazırlayıb.
Ferrari muzeyi
Avropanın ən yaxşı avtomobil muzeyləri

Şimali İtaliyada, Modena şəhərindən 18 km aralıda Maranello adlı kiçik şəhərcik var. Bu şəhərcik Ferrarinin zavodu, baş-ofisi və muzeyi ilə məhşurdu. Siz burada təzə Ferrari Californianı yarım saatı 80 avroya olmaqla icarəyə götürə bilərsiniz. Sizin yanınızda təcrübəli instruktor nəyi, necə etməyinizi başa salacaq. Yarım saat Ferrarinin sükanı arxasında oturmaqla uşaqlıq arzunuzu həyata keçirmiş olacaqsınız.
Bütün muzey eksponatlarla doludu. Burada əvvələr “Formula-1” iştirakçısı olmuş maşınlar, onların motorları,pilotların şəkilləri, kuboklar və s. saxlanılır. Hər bir eksponata əl vuraraq, sözün əsl mənasında tarixə toxuna bilərsiniz.
Avropanın ən yaxşı avtomobil muzeyləri

Muzeyə girərkən gördüyünüz ilk eskponat 1951ci il istehsalı olan Ferrari 166 F2di, onun yanında isə 265 at gücünə malik 1955-ci il istehsalı olan Ferrari-Lancia dayanıb. Təbii ki, bu maşınlar bugünkü lüks və komfortdan çox uzaqdılar. Muzeydə məhşur kanadalı pilot- Jil Vilyenevin idarə etdiyi, 1980-cı il istehsalı olan Ferrari 312 T5 markası saxlanılır. Burada Ferrarinin fəxri olan 575 Marnello markasını və hətta Andrea Bertollinin yarış zamanı geyindiyi geyimi də görə bilərsiniz. Muzeyə səhər-turistlərin az olduğu vaxtda getməyiniz daha məsləhətlidir.
Elm və texnika muzeyi
Avropanın ən yaxşı avtomobil muzeyləri

Katolinya mühəndisləri elm və texnika muzeyini yaratmaq barədə hələ XIX əsrin əvvələrindən fikirləşiblər. Lakin onların bu ideyası 1983-cü ildə reallaşdı. 1983-cü ildə Terrasda keçmiş toxuculuq fabrikini ələ keçirən mühəndislər burada muzey açmaq qərarına gəliblər. Fabrikin quruluşu muzey üçün çox sərfəli idi, içəridə divarlar yox idi, sadəcə 300ə yaxın dayaq dirəkləri quraşdırılmışdı.Muzeyin əsas hissəsi nəqliyyat vasitələrinə həsr olunub. Muzeyin mirvarilərindən biri 1923-cü il istehsalı olan Ford TT avtomobilidi. Digər dəyərli eksponatlardan biri də, Stremaer şirkətinin ilk və yeganə buxar avtomobili olan Locomobile Stremaerdi.
Avropanın ən yaxşı avtomobil muzeyləri

Fransız Qabriel Vuazen tərəfindən hazırlanmış mikroavtomobillər ziyarətçilərin diqqətini çəkir. Vuazen bütün dünyaya 30-cu illərdə istehsal etdiyi mikroavtomobillərlə tanınıb, lakin II Dünya müharibəsindən sonra o istehsalı dayandırmışdı. O, uzunluğu cəmi 2,4 metr olan ikinəfərlik Biscooter avtomobilinin yaradıcısıdı. Autonacional firması bu maşının Biscuter adı ilə istehsalına başlamışdı. Onun motoru 9 at gücündədi. 1953-1960-cı illər arasında 12000 belə avtomobil istehsal olunmuşdu.
Mercedes-Benz muzeyi
Avropanın ən yaxşı avtomobil muzeyləri

Daimler AG zavodunun nəzdində ilk muzey 1923-cü ildə açılmışdı. Həmin tarixdən bugünə qədər muzeyi dünyanın bütün yerlərindən milyonlarla turist ziyarət edib. 2006-cı ildə muzeyin sahəsi bir qədər də genişləndirilib və nəhəng Mercedes-Benz-Weltnkompleksi yaradılıb. Bu muzey binasının həm xarici, həm də daxili görünüşündən zövq olmaq olur. UN Studio inşaat şirkətinə binanın tikilməsi 150 milyon avroya başa gəlmişdi. Binanın ümumi sahəsi 35000 kv metrdən çoxdur.
Avropanın ən yaxşı avtomobil muzeyləri

Muzey ziyarətçiləri ekskursiyanı mərkəzdə yerləşən əsas girişdən daxil olaraq başlayır, sonra lift ilə ikinci mərtəbəyə çıxırlar. Bundan sonra, ziyarətçilərin turu davam etdirmək üçün 2 variantı olur. Lakin bu variantların hansının seçilməsi o qədər də önəmli deyil. Ziyarətçi istədəyi qədər, istədiyi eksponatın yanında duraraq ona tamaşa edə bilər. Buradakı hər bir eksponatla yaxından tanış olmaq istəsəniz, bir gün sizə azlıq edəcək.
BMW Muzeyi
Avropanın ən yaxşı avtomobil muzeyləri

BMW-yə həsr olunmuş muzey Münhen şəhərində, BMWnın baş ofisinin yanında yerləşir. Muzeyin ümumi sahəsi 5000 kvadratmetrdı. Hər gün muzeyə 25 000-ə qədər ziyarətçi gəlir. Əvvəllər muzeydə 550-ə yaxın eskponat olub, lakin onların sayı artmaqdadı. Bura gələn BMW həvəskarları burada özlərini cənnətdəki kimi hiss edəcəklər.
Avropanın ən yaxşı avtomobil muzeyləri

Ən görünən yerdə İngiltərədən gətirilən və tamamilə bərpa olunan 1934-cü il istehsallı BMW 315 dayanıb. Bu maşın müharibədən sonra Almaniyadan çıxarılmışdı. Yuxarı mərtəbədə idman maşınları dayanıb. Burada Formula 1 iştirakçıları olmuş avtomobillər geniş yer tutur. Onların arasında BMW 328 Mille Miglia bolidləri xüsusi diqqət çəkir. Onlar Mussolini və Hitlerin mərcinə əsasən düzəldilmişdi. Mussolini və Hitler hansı ölkənin Berlin-Roma-Berlin marşrutunu daha tez keçəcəyi barədə mərcləşmişdilər. Təəssüf ki, müharibə bu mərcin reallaşmasına imkan vermədi. Burada BMW-nın ən məhşur modelləri olan BMW 501, BMW 502 markaları yerləşdirilib. Muzeyin zallarında saatlarla gəzmək mümkündü.
Porcshe Muzeyi
Avropanın ən yaxşı avtomobil muzeyləri

2009-cu ildə Ştutqartda Porsche Museum açıldı. Bu muzey müasir arxitekturası və proyektin dəyəri ilə diqqət çəkdi. Proyektin dəyərəi 100 milyon avro idi. Onu sözlə başa salmaq mümkün deyil. Muzeyə oxşar ikinci bir bina heç yerdə yoxdu. Ayrı-ayrı elementlər bir-birilə elə gözəl vəhdət təşkil edir ki, muzey hər bir baxış bucağından fərqli görünür. Muzeydə Porschenin 1939-cu il istehsalı olan markalarından tutmuş ən son modellərə qədər 80 eskponat var.
Avropanın ən yaxşı avtomobil muzeyləri


Muzeyin emalatxanasında 350-yə qədər Porsche nümunələri var, lakin hər bir ziyarətçi o emalatxanaya daxil ola bilmir, ona görə muzeyə girməmişdən əvvəl emalatxanaya da bilet almağı unutmayın.
Audi Muzeyi
Avropanın ən yaxşı avtomobil muzeyləri

İqnolşdat vilayəti Audi istehsalçıları üçün çox uğurlu ərazidi. Burada Audinin baş-ofisi, muzeyi və zavodu yerləşir. Muzey 2000-ci ildə tikilib, onun görünüşü böyük şüşə silindrə bənzəyir. Muzeyə ziyarət 3cü mərtəbədən başlayır, burada 1899-1945-ci illərin istehsalı olan modellər yerləşdirilib. Məhz bu illərdə avtomobil və motosiklet markaları olan Horch, Audi, DKW və Wanderer yaradılmışdı.
Avropanın ən yaxşı avtomobil muzeyləri

1932-ci ildə bu şirkətlər birləşərək Auto Union şirkətlər qrupunu yaratmışdı. Şirkətin emblemi də məhşur dörd həlqə olmuşdu. Əfsanəvi qadın pilot Michelle Mutonun idarə etdiyi Audi Rallye Quattro A2 avtomobili muzeydə saxlanılır. Həmçinin burada, saatlarla baxdıqdan sonra belə, doymaq olmayan müasir kabrioletlər var.
AutoStadt
Avropanın ən yaxşı avtomobil muzeyləri

Volkswagen kimi böyük avtomobil şirkəti təbii ki, muzey mövzusuna toxunmaya bilməzdi. 2000-ci ildə Volkswagen şirkətinin tarixinə həsr olunmuş AutoStadt kompleksi açılmışdı. Hər şey Volkswagenin istehsalının artırılması üçün işlərinin başlanmasından başlandı. Şirkət rəhbərləri ofisi genişləndirmək istəyiridilər. Onların bu ideyası o qədər dərinə getdi ki, burada Zeithaus muzeyi, 2 nəhəng yeni maşınlarla təchiz olunmuş avtosalon, test-drayv üçün məkanlar tikildi. Zeithaus muzeyində əsas eksponat təbii ki, Beetle kabrioletidi.
Avropanın ən yaxşı avtomobil muzeyləri

Kabriolet 1938-ci il istehsallı “Juke”du. Bu avtomobil zavodun rəsmi açılışından xəbər verirdi. Burada digər avtomobil markalarının nümunələri də var: Ford T, Rover Mini, Cadillac və s. 2003-cü ildə Le-Manda qalibiyyət qazanan Bentley Speed 8 də bu muzeydə saxlanılır. Muzeydə ekskurisya yuxarı mərtəbədən başlayır və siz getdikcə aşağı mərtəbəyə düşürsünüz. Ekskursiya
zamanı siz ekponatlara toxuna və onlarla şəkil çəkdirə bilərsiniz.

Inform.az

Baxış sayı: 404