Texnologiya
27.11.2015 / 10:00

Wi-Fi-ın köməyi ilə yeni texnologiya hazırlanıb

Wi-Fi-ın köməyi ilə yeni texnologiya hazırlanıb Vaşinqton Universitetində işləyən alimlər Wi-Fi-ın köməyi ilə mobil qurğuları enerji ilə doldurmağa imkan verəcək “Power Over Wi-Fi” texnologiyasını hazırlayıblar.

Bu texnologiyanın əsas özəlliyi ondadır ki, eyni zamanda həm cihazı enerji ilə doldurmaq, həm də Wi-Fi şəbəkəsindən istifadə etmək mümkün olacaq. Cihaz siqnal mənbəyindən 8,5 metr məsafədə yerləşib.

Mütəxəssislər bildirirlər ki, hazırda belə texnologiya aşağı sərfiyyatlı qurğuları enerji ilə doldurmaq gücündədir.

İnform.az

Baxış sayı: 350