Din
09.07.2015 / 18:30

10 dini icma ilə görüş

10 dini icma ilə görüş

İyulun 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) maliyyə yardımı ayrılmış daha 10 dini icma sədrinin iştirakı ilə toplantı keçirilib.

İnform.az-ın Komitənin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, toplantıda Dövlət Komitəsinin rəhbərliyi, şöbə müdirləri və dini icmaların sədrləri iştirak ediblər.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, maliyyə vəsaitinin icmalara verilməsi ilə bağlı Qiymətləndirmə Komissiyası icmalar tərəfindən təqdim edilən layihələri müzakirə edib. Daha sonra komissiya həmin layihələrə uyğun olaraq icmalara vəsaitin ayrılması barədə qərar qəbul edib.

Baxış sayı: 197