Elm-təhsil
26.11.2015 / 13:13

Tələbələr MTN-nin H.Əliyev muzeyində oldular

Tələbələr MTN-nin H.Əliyev muzeyində oldularADNSU-nin Mətbuat xidmətindən İnform.az-a daxil olan məlumatda bildirilir ki, Universitetin Kimya Texnologiya Fakültəsinin (KTF) tələbələri Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Heydər Əliyev Muzeyində olublar. KTF-nin tyutoru Elşən Zeynalovun və III kurs tələbəsi Kamran Sabirlinin rəhbərliyi ilə muzeyə edilən bu ekskursiyada 60-dan çox tələbə iştirak edib. Muzeydə tələbələrə ulu öndər Heydər Əliyevin həyatı və zəngin fəaliyyəti barədə geniş və maraqlı məlumatlar verilib. Tələbələr muzeydən yüksək təəssüratlarla qayıdıblar.
Tələbələr hesab edirlər ki, MTN-nin Heydər Əliyev Muzeyinə edilən səfərlər gənclərin təhsilinə və gələcək fəaliyyətlərinə müsbət təsir göstərən mühüm amillərdəndir. Gənclər belə səfərlərin onların gələcək fəaliyyətinə stimul verdiyini önə çəkiblər.
İnform.az

Baxış sayı: 232