Baş xəbər, Maraqlı, Araşdırma
26.11.2015 / 12:24

Fidel Kastro və həyat qaydaları

Fidel Kastro və həyat qaydaları "Mənim adım Fidel Castrodur və mən Kubanı azad etməyə gəlmişəm.
Mənim burada dediyimlə hamı razılaşmır, lakin mən öz fikrimi deyəcəyəm və başqalarının fikrinə hörmət edəcəyəm.
Mən kasıb ailədə anadan olmamışam. Atamın hektarlarla torpaq sahəsi var idi. Lakin cənab Buşun səyləri nəticəsində mənim indi bir dollarım belə yoxdur. Və əgər bir gün mən bütün var-dövlətimi gizlətmək üçün bir yer axtarsam, onda cənab Buşdan onun cibini mənə icarəyə verməsini xahiş edərəm. Əgər cənab Buş mənim var-dövlətimin çox olduğunu zənn etsə, mən ona bütün var-dövlətimi cibinin kirayəsinə görə bağışlayaram.
Mən inqilabı 82 nəfərlə həyata keçirdim. Bunu bir daha təkrarlamalı olsaydım, mənə 15, hətta 10 nəfər belə bəs edərdi. 10 nəfər və möhkəm inam. Say o qədər də vacib deyil. Əsas olan inam və konkret plandır.
Qələbə - inaddır.
Mən marksist-lenisistəm və həyatımın sonunadək bu düşüncəni qoruyacağam."
Bir dəfə Buş ondan Kuba haqqında soruşarkən demişdi: “Mən Fidelin ölümünü gözləyirəm.”
"Düzünü desəm, məni Buşun gözləntiləri heç də maraqlandırmır. Mən onun hədəfi olan nə ilk, nə də son insan deyiləm. Lakin həmin an mən polkovnik Sarrianın sözlərini xatırladım: “Düşüncəni öldürmək mümkün deyil.”
Buşun baxışına, davranışına fikir vermişəm. Onun İraq siyasətini tənqid edən atasının qarşısında səsinin necə əsdiyi də gözümdən qaçmayıb. Siz bir görsəydiniz, o, növbəti dəfə şəxsi tapşırığı ilə kimisə öldürdükdə senatorlar qarşısında necə lovğalanırdı.
Əgər basqından sağ çıxmaq Olimpiya oyunu olsaydı, mən qızıl medal qazanardım.
Bütün Amerika prezidentlərinin içindən Kuba ilə düşmən olmayan bir prezident tanıyıram: Ceyms Karter. İndiyə kimi gördüyüm prezidentlər arasında, o heç zaman məni öldürmək əmrini verməzdi. Karter yeganə ABŞ prezidenti idi ki, Kuba ilə dostluq münasibətləri qurmaq üçün addımlar atırdı.
Amerika yalanları içində yeganə düzgün olan fakt odur ki, Kuba Amerikadan 90 dəniz mili aralıda yerləşir.
Ən ali silah acı, bisavadı və kasıbı xilas edə bilər. Lakin o heç vaxt kasıbçılığı, savadsızlığı və aclığı yox edə bilməz.
Bəşəriyyətin xilası üçün nə isə etmək lazımdır. Amma əgər gənclər bizim inamımızı doğrultmasalar, hər şey batacaq.
Kapitalizm kimi iyrənc ikinci bir quruluş yoxdur. O, özündə yalnız müharibə və qəddarlığı əks etdirir.
Mən həmişə özümü xoşbəxt insan hesab etmişəm, çünki çətin bir siyasi böhran zamanı özümə lazım olan siyasi görünüşü- marksizmi kəşf etdim. Bu meşədə azan zaman xəritə tapmaq kimidir.
Fidel Kastro və həyat qaydaları
Məni intiqamçı hesab edənlərdən xoşum gəlmir. Mən sadəcə bir döyüşçüyəm.
Mən heç vaxt İsanın yaşadığı və mənim yaşadığım prinsipləri müqayisə etməmişəm.
Mən Kubalıyam. Lakin Hugo Çavez hesab edirdi ki, məndə bir neçə irqin qarışığı var. Əslində o, haqlı idi. Mənim qanımda hind, kanar, kelt və bəlkə də mənim heç düşünmədiyim millətlərin qanının qarışığı var.
Kuba müstəqil, suveren bir ölkədir. Əgər Avropa Birliyi Kubaya başqa bir münasibət göstərirsə, onda onlar kobud səhvə yol verirlər.
Bizim ölkə sözün əsl mənasında cənnətdir. Və biz cəhənnəmdə əzab içində yaşamaqdansa, cənnətdə ölməyi daha üstün tuturuq.
İnqilab- üstündə ləçəklər olan çarpayı deyil. Bu mübarizədir! Bu həyat yox, ölüm uğrunda keçmiş və gələcəyin mübarizəsidir.
Əgər insanlar ideyaları dəstəkləyirsə, onda onların silaha ehtiyacı yoxdur.
Vətən- bütün bəşəriyyət deməkdir.
Mənə elə gəlir ki, insan illərin ona qalib gəldiyini və ildən-ilə yorulduğunu hiss edirsə, artıq yaşamağa dəyməz.
İndi mən xəstə olarkən məndən hakimiyyətə gəldikdə nə edəcəyimi soruşurlar. Doğrudan da, mən nə edəcəyəm? Yəqin ki, bütün həyatım boyu elədiyim kimi, fasiləsiz olaraq mübarizə aparacağam.
İndi mən normal qoca insanın etdiyini edirəm. Öz fikirlərimi və ideyalarımı bir yerə toplayıram. Mənim hələ sona çatdırılmamış materialım var. Mənim saqqalımı qırxmağa, hər gün özümə baxmağa vaxtım yoxdur.
İdeyalar insanla birgə doğulmur, onlarla birgə ölmürlər.
Mən indi də imprealistlərin niyyətini gözəl başa düşürəm: onlar bütün təbii və insan resurslarını əskinazlarla almaq istəyir.
Hisslər biliklərdən daha vacibdir.
Mənə elə gəlir ki, biz təqaüdə nisbətən cavan yaşda çıxmalıyıq."

İnform.az

Baxış sayı: 722