Baş xəbər, Dünya
09.07.2015 / 17:46

Assanc: “İŞİD-i Amerika yaradıb”

Assanc: “İŞİD-i Amerika yaradıb”

“Vikiliks” saytının rəhbəri Culian Assanc belə bir iddia ilə çıxış edib ki, Amerikanın İŞİD-in yaradılmasında və İraqla Suriyadakı sivilizasiyaların məhvində birbaşa əli var.

Onun sözlərinə görə, Yaxın Şərqdə müharibə üçün şərait Dövlət Departamenti, Müdafiə Nazirliyi və Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən yaradılıb:

“Amerikalıların əsas məqsədi neft yataqlarına nəzarət edib, İranı mühasirəyə almaq və bununla da özlərinin geosiyasi vəziyyətini möhkəmləndirmək idi. Buna görə də onlar yeni terror təşkilatı yaratdılar. Səudiyyə Ərəbistanı, Türkiyə və Qatar Vaşinqtondan görünməmiş dərəcədə müstəqillik əldə etdilər, lakin son günlər onların da mövqeyi zəiflədildi. Əvvəllər Amerika İsraillə birgə HƏMAS-ı Fələstindəki ölmüş dini müqaviməti parçalayıb, onu daha da dağıdıcı etmək üçün dəstəkləyirdi”.
İnform.az

Baxış sayı: 331