Baş xəbər, Maraqlı, Araşdırma
25.11.2015 / 17:33

Ən maraqlı oğurluqlar...

Ən maraqlı oğurluqlar... Tarix deyir ki, biz kriminal şəxsləri özümüzün idealı kimi görürük, onlara kumirimiz kimi baxırıq. Hər bir cinayətkardan həzz alan bir insan olur.
Təhlükəsizlik sistemlərinin gücləndirilməsi ilə oğrular da daha hiyləgər və daha təcrübəli olublar. Bu bir növ balansdır.
Məlumdur ki, tələnin böyüklüyündən asılı olmayaraq, həmişə ordakı pendiri oğurlayacaq bir hiyləgər siçan tapılacaq.
Nəzərinizə ən hiyləgər və dəhşətli oğurluqları çatdırırıq:


1.” Minillik günbəz”ə hücum
2000-ci il. Londonda nəhayət ki, “minillik günbəz” adlanan obyektin tikilməsi başa çatdı, bura çox böyük miqdarda pullar xərclənmişdi. Bu binada keçən sərgilərin içində eksklüziv brilyant sərgisi də var idi. Sərginin əsas eskponatı 203 karatlıq “Minilliyin ulduzu” adlı və dəyəri 250 mln dollar olan almaz idi. Oğrular avtomatla sərgiyə daxil olub, almazı ələ keçirmək və artıq onları gözləyən katerlə aradan çıxmağı planlaşdırırlar. Lakin onların planı baş tutmur, belə ki polis inkasatorlara hücumlara görə artıq cinayətkarların izinə düşmüşdü.
2. “Isabella Stewart Gardner” muzeyinin oğurlanması
1990-cı il. Bütün Boston əhalisi “Müqəddəs Patrik” bayramını qeyd edir. Bu zaman 2 qarətçi polis paltarı geyinərək muzeyə daxil olur və oradan Mane, Deqa və digər məhşur rəssamların əsərlərini oğurlayırlar. Ümumi dəyən ziyan 300 mln. dollar dəyərində qiymətləndirilir. Bu gün muzeydə nəvaxtsa həmin işlərin qayıdacağı ümidi ilə o əsərlərin yerlərində boş çərçivə asılıb. Bu oğurluq ,indiyə kimi üstü açılmamış qalan ən səs-küylü hadisələrdəndi.
3.Boynunda bomba ilə bank oğurluğu
2003-cü ildə pizza kuryeri banka girir, kassirə yaxınlaşır və bütün pulları tələb edən yazı olan kağızı ona uzadır. Kağızı verəndən sonra o sinəsinə və qarnına bağlanmış bombanı göstərmək üçün köynəyini qaldırır. 15 dəqiqədən sonra oğlan polislər tərəfindən ələ keçirilir. O, dərhal qışqırmağa başlayır və bildirir ki, onu bunu etməyə məcbur ediblər və bomba indi partlayacaq. Polislər dərhal xüsusi dəstəni çağırsalar da, onlar əraziyə çatmamış bomba işə düşür və partlayır. Bu tarixdə ən qanlı oğurluq cəhdi kimi tanınır.
4. ABŞ tərəfindən göndərilmiş 6 milyardlıq yardımın İraqda oğurlanması
Səddam Hüseyndən sonrakı xaoslu İraqda kimsə 6 milyard dollar ilə qaçıb. Bu məbləği ABŞ konqressi İraqa kömək məqsədi ilə göndərmişdi. İraqın bərpası barədə işin direktoru Mr. Bowen bildirmişdi ki, bu bəşəriyyət tarixində dövlət mülkünün mənimsənilməsinə görə ən dəhşətli cinayətdi. Axtarışlar heç bir nəticə vermədiyinə görə həmin cinayət işinə olan maraq daha da artır.
5. Fransız bankının anbarından oğurluq
2010-cu ildə Fransada bir qrup cinayətkar ağır alətlərlə tunel qazaraq bankların birinin anbarına çıxmışlar. Qarətçilər 100-ə yaxın depozit qutusunu qarət ediblər. Qutularda olan məbləğə pul sahibləri şəxsən nəzarət etdiyindən dəyən ziyanın ümumi miqdarını hesablamaq mümkün olmamışdır. Bir neçə ay əvvəl Fransanın şimalında buna oxşar hadisələr baş vermişdi. Polislər eyni adamlardan şübhələnirlər.
6. Qatarın böyük qarəti
1963-cü ildə İngiltərədə indiki pulla 40 mln. funt sterlinq poçt qatarından oğurlanmışdı. 15 nəfərdən ibarət qrup oğurluğu silahsız həyata keçirib. Bu pulları yandırmağa aparırdılar. Əslində cinayətkarlar da o pullarla birgə məhv ola bilərdilər, lakin onların bəxti gətirmişdi ki, onlar oğurlanmış pulla gizləndikləri yerdə “Monopoliya” oynamağa başlamışdılar.
7. Mr. Kuper
Bu şəxsin əsl adı məlum deyil. Mr.Kuper ona sonradan verilən ləqəbdir. O, ABŞ tarixində yeganə olaraq təyyarə qaçıran və tutulmayan şəxsdi. 1971-ci ildə o Boinq-727 təyyarəsini qaçırır və 200 min dollar pul tələb edir. Pulu alandan sonra o, Portlend və Sietlın ərazisində bir yerdə pulla birgə təyyarədən özünü yerə atır. FBI indiyə qədər davam edən axtarışlarına baxmayaraq, nə pulu, nə də həmin insanın özünü tapmayıb.
8. Helikopterdən oğurluq
2009-cu ildə İsveç polisi yüksək səviyyədə təşkil olunmuş cinayətkar dəstə ilə qarşılaşmışdı. Bu ölkədə ilk dəfə helikopter vasitəsi ilə həyata keçirilmiş oğurluq idi. Cinayətkar dəstə oğurlanmış helikopter ilə bankın damına enir, və şüşələri çəkiclər vasitəsi ilə sındırır. İçəri girən cinayətkarlar bütün pulları oğurlayırlar. Hadisə yerinə gələn bütün polis maşınlarının təkərləri boşalmışdı, cinayətkarlar əvvəlcədən yollara tikanlı məftillər qoymuşdular, buna baxmayaraq polislər onları ələ keçirə bildilər. Lakin heç bir cinayətkar 7 ildən artıq cəza almadı.
9. Thomas Blad və Britaniya İmperiyasının Tacı
1671-ci il. Thomas Blad irland əsilli qatil idi. O bu dəfə öz şansını qarətçilikdə sınamaq istəyirdi. Onun hədəfi London qalasında saxlanılan və saysız-hesabsız mühafizəçilərlə qorunan çox dəyərli Britaniya İmperiyasının tacı idi. Bladın planına yalançı ad, yalançı həyat yoldaşı, yalançı titul və yalançı bacıoğlu daxil idi.Plana əsasən onun yalançı bacıoğlusu tacı qoruyan Edvard Talbotun qızı ilə evlənməli idi. Onların planı baş tutdu, qarətçilər şüşəni sındırdılar və tacı ələ keçirdilər. Lakin onlar çox uzağa qaça bilmədilər. Bu hadisə II Karlı o qədər cəlb etdi ki, o Blada İrlandiyaya qayıtmağa icazə verdi.
10. Antverpendə brilyant oğurluğu
2003-cü ildə baş vermiş bu oğurluq hadisəsini “əsrin qarəti” adlandırırlar. Külli miqdarda brilyant, qızıl və digər qiymətli metallar Antverpen brilyant mərkəzindən oğurlanmışdı. Ümumi zərərin miqdarı 100 milyon dollara yaxındır. Qarəti 3 il türmədə yatmış Leonordo Notarbartolo həyata keçirmişdi. O, mərkəzdə özünü italyan dileri kimi təqdim etmiş və mərkəzdəkilərin etibarını qazanmışdı. 123 yeşik daş-qaş oğurlanmışdı. Leonordo polis tərəfindən tutuldu, daha sonra o “Wired” jurnalına olan müsahibəsində qeyd etmişdi ki, bütün bunlar əsl brilyant dileri tərəfindən təşkil olunmuşdu.

İnform.az

Baxış sayı: 611