İdman
25.11.2015 / 15:20

"Qalatasaray" Çempionlar Liqasında növbəti oyununu keçirəcək

"Qalatasaray" Çempionlar Liqasında növbəti oyununu keçirəcək Bu gecə daha 4 qrupda keçiriləcək 8 oyunla Çempionlar Liqasının qrup mərhələsində V tura yekun vurulacaq. Əsas diqqətlər İspaniyanın paytaxtı Madriddə "Atletiko" ilə Türkiyənin yeganə təmsilçisi "Qalatasaray" arasındakı görüşə yönələcək.
Hazırda meydan sahiblərinin 7, qonaqların 4 xalı var. "Sarı-qırmızılar" bu oyunda qalib gələ bilməsələr, mübarizəni ən yaxşı halda 3-cü pillədə başa vuracaqlar. "Qalatasaray"ı matça yeni baş məşqçi Mustafa Dənizli yox, məşqçi Klaudio Taffarel çıxaracaq. Dənizli görüşü tribunadan izləyəcək.
İspaniyanın digər təmsilçisi "Real Madrid" isə artıq 1/8 finala vəsiqəni təmin edib. Bu gecə meydana çıxacaq komandalardan İngiltərənin "Mançester Siti" klubu da eyni hüquqa yiyələnib.
Çempionlar Liqası
Qrup mərhələsi, V tur
A qrupu
23:45. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Real" (Madrid, İspaniya)
Baş hakim: Bas Nijhuys (Hollandiya)
23:45. "Malmö" (İsveç) - PSJ (Fransa)
Baş hakim: Uilyam Kollum (Şotlandiya)
Xal durumu: "Real Madrid" - 10, PSJ - 7, "Şaxtyor" - 3, "Malmö" - 3.
B qrupu
21:00. MOİK (Moskva, Rusiya) - "Volfsburq" (Almaniya)
Baş hakim: Canluka Rokki (İtaliya)
23:45. "Mançester Yunayted" (İngiltərə) - PSV (Hollandiya)
Baş hakim: Pavel Kralovets (Çexiya)
Xal durumu: "Mançester Yunayted" - 7, PSV - 6, "Volfsburq" - 6, MOİK - 4.
C qrupu
19:00. "Astana" (Qazaxıstan) - "Benfika" (Portuqaliya)
Baş hakim: Ruddi Buke (Fransa)
23:45. "Atletiko" (Madrid, İspaniya) - "Qalatasaray" (Türkiyə)
Baş hakim: Nikola Ritsoli (İtaliya)
Xal durumu: "Benfika" - 9, "Atletiko" - 7, "Qalatasaray" - 4, "Astana" - 2.
D qrupu
23:45. "Yuventus" (İtaliya) - "Mançester Siti" (İngiltərə)
Baş hakim: Feliks Brıx (Almaniya)
23:45. "Borussiya" (Münhenqladbax, Almaniya) - "Sevilya" (İspaniya)
Baş hakim: Damir Skomina (Sloveniya)
Xal durumu: "Mançester Siti" - 9, "Yuventus" - 8, "Sevilya" - 3, "Borussiya" - 2.

İnform.az

Baxış sayı: 140