Sosial
25.11.2015 / 14:56

AMEA prezidenti Vasif Talıbovla görüşüb

AMEA prezidenti Vasif Talıbovla görüşüb Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla görüşüb.

AMEA-nın mətbuat xidmətindən verilən xəbərə görə, V. Talıbov AMEA-nın 70 illiyi münasibəti ilə Akademiya rəhbərliyini, üzvləri və bütün kollektivi təbrik edib. V. Talıbov AMEA-nın Naxçıvan Bölməsində bir sıra beynəlxalq tədbirlərin keçirildiyini və bunun uğurlu nəticələri olduğunu diqqətə çatdırıb. O, həmçinin elmi əsərlərin qiymətləndirilməsi və alimlərin fəaliyyətinin stimullaşdırılması məqsədilə onların mükafatlandırıldığını, elm, mədəniyyət, ədəbiyyat və memarlıq sahələrinə dair ən dəyərli əsərlərin dövlət hesabına çap edildiyini söyləyib.

Daha sonra görüşdə AMEA Naxçıvan Bölməsinin Akademiyanın digər elmi müəssisələri ilə yeni elmi istiqamətlərdə əməkdaşlığının genişləndirilməsi perspektivləri müzakirə edilib.

Akademik A. Əlizadə, öz növbəsində Akademiyaya göstərdiyi xüsusi diqqətə görə Naxçıvan MR-nın Ali Məclisinin sədri Vasif Talıbova təşəkkürünü bildirib.

Sonda V. Talıbov akademik A. Əlizadəyə Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi münasibəti ilə hazırlanmış xatirə medalı hədiyyə edib.

İnform.az

Baxış sayı: 391