Elm-təhsil
25.11.2015 / 11:10

“Elm və həyat” jurnalının yeni redaksiya heyəti

“Elm və həyat” jurnalının yeni redaksiya heyəti
“Elm və həyat” jurnalının zəngin ənənələrini müasir dövrün elmi-kütləvi nəşr tələblərinə uyğun, yüksək poliqrafik tərtibatda davam etdirmək məqsədilə AMEA-nın "Elm və həyat" jurnalının redaksiya heyəti aşağıdakı tərkibdə təsdiq edilmişdir:
Akademik Akif Əlizadə - AMEA-nın prezidenti baş redaktor
Akademik İsa Həbibbəyli - AMEA-nın vitse-prezidenti baş redaktorun müavini
Zülfüqar Fərzəliyev - AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəisi baş redaktorun müavini
Turan Rəhimova - AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin Mətbuat orqanlar şöbəsinin rəis müavini - məsul katib
Akademik İbrahim Quliyev - AMEA-nın vitse-prezidenti
Akademik Tofiq Nağıyev - AMEA-nın vitse-prezidenti, "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin direktoru
Akademik Rasim Əliquliyev - AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru
Akademik Kamal Abdullayev - Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə
Dövlət müşaviri
Akademik Əhliman Əmiraslanov - AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi
Akademik İsmayıl Hacıyev - AMEA-nın Naxçıvan Bölməsinin sədri
Akademik Dilqəm Tağıyev - AMEA-nın Kimya Elmləri Bölməsinin akademik-katibi, Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun direktoru
Akademik Qərib Məmmədov - AMEA-nın Aqrar Elmlər Bölməsinin akademik-katibi
Akademik Teymur Kərimli - AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru
Akademik Fuad Əliyev - AMEA-nın Gəncə Bölməsinin sədri
AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru Nazim Məmmədov -Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, Fizika İnstitutunun direktoru
AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru Nərgiz Axundova -İctimai Elmlər Bölməsinin akademik-katibi
Akademik Vasim Məmmədəliyev - Bakı Dövlət Universitetində ərəb filologiyası kafedrasının müdiri, ilahiyyat fakültəsinin dekanı
Akademik Vaqif Fərzəliyev - AMEA Aşqarlar Kimyası İnstitutunun direktoru
Akademik Ramiz Məmmədov - AMEA Akad. H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru
Akademik Ömər Eldarov - Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru
AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə - AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru
AMEA-nın müxbir üzvü Namiq Cəlilov - AMEA Şamaxı Astrofizika Rəsədxanasının direktoru vəzifəsini icra edən
Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elçin Babayev - Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru
Pedaqogika üzrə fəlsəfə doktoru Oktay Səmədov - Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı
direktoru
Abdulla Hacı Nəriman oğlu Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri
Filologiya üzrə fəlsəfə doktoru Xatirə Hüseynova - Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İnformasiya təminatı sektorunun müdiri
AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəisi Zülfüqar Fərzəliyevə tapşırılmışdır ki, jurnalın ildə 4 dəfə 500 nüsxə tirajla nəşrini təmin etsin.
AMEA-nın elmi bölmələrinə, institut və təşkilatlarına tapşırılmışdır ki, "Elm və həyat" jurnalının redaksiyası ilə sıx yaradıcılıq əlaqələri yaratsınlar və müntəzəm olaraq müvafiq sahələr üzrə mühüm hadisələr barədə redaksiyanı məlumatlandırsınlar.
AMEA-nın elmi müəssisələrinə tapşırılmışdır ki, 2016-cı il yanvar ayının 1-dən etibarən jurnala abunəni təmin etsinlər.
Jurnalın tərkibinə dair Sərəncamın icrasına nəzarət AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevə həvalə edilmişdir.

Baxış sayı: 953