İdman
24.11.2015 / 17:00

Mundialın final mərhələsinin püşkatması bu tarixdə baş tutacaq

Mundialın final mərhələsinin püşkatması bu tarixdə baş tutacaq"Rusiya 2018" təşkilat komitəsi və FİFA nümayəndələrinin iştirakı ilə keçirilmiş toplantıda 2017-ci il Konfedrasiyalar Kuboku və DÇ-nın final mərhələsinin püşkatma tarixləri müəyyələşib. İnform.az "Goal.az"a istinadən xəbər verir ki, 2018 mundialının əsas raundunun püşkatması 2017-ci il dekabrın 1-i Moskvada, konfederasiyalar kubokunun püşkatması isə 2016-cı il noyabrın 26-sı Kazan şəhərində baş tutacaq. Bundan başqa toplantıda 2018 DÇ-nın final mərhələsində iştiak edəcək komandalar üçün seminarın təşkil olunması da dəqiqləşdirilib. Bu seminar 27-28 fevralda keçiriləcək.
"Əminəm ki, öz nailiyyətlərimizi geridə qoyub qonaqları və azarkeşləri unudulmaz şou ilə təəccübləndirə biləcəyik" - "Rusiya 2018" təşkilat komitəsinin rəhbəri Vitali Mutko deyib.

Baxış sayı: 356