Maqazin
24.11.2015 / 16:25

Fədayə Laçın övladlığa uşaq götürüb

Fədayə Laçın övladlığa uşaq götürübMüğənni Fədayə Laçın övladlığa uşaq götürüb.

İfaçı bu haqda “Ondan sonra” verilişində deyib:

“Övladlığa götürdüyüm oğlan uzaq qohumumdur. Anasını və atasını itirib. Ona mən baxıram. Oğlumla dost idi. Dedim ki, “Bəlkə bizdə qalasan?”. O da razılaşdı. İndi 21 yaşı var, adı da Ayxandır. İnsan yaxşılıq edəndə istəməz ki, dilə gətirsin. Amma bu söhbət artıq açılıb. Son vaxtlar deyirəm iki övladım var. Övladlığa götürsəm də, hələ sənədləşdirməmişəm. Uşağın bibisi, xalası var. Amma deyir ki, anamın qoxusunu səndən alıram. Hətta maşınım da doğma övladımın yox, onun adınadır”.

İnform.az



Baxış sayı: 638