Sosial
24.11.2015 / 15:11

Mübariz Qurbanlı vətəndaşları qəbul edib

Mübariz Qurbanlı vətəndaşları qəbul edibPrezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirirlər. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı noyabrın 24-də Qusardakı Heydər Əliyev Mərkəzində bu rayondan, eləcə də Quba və Xaçmazdan olan sakinləri qəbul edib. Komitədən verilən məlumata görə, əvvəlcə Mərkəzin qarşısında ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyulub, xatirəsi ehtiramla yad olunub.

Qəbulda vətəndaşlar əsasən dini icmaların dövlət qeydiyyatına alınması, onların fəaliyyəti, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, məscidlərin təmiri və digər məsələlərlə bağlı müraciət ediblər. Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı vətəndaşların müraciətlərini diqqətlə dinləyərək bəzilərinin həlli, bəzilərinin isə araşdırılması üçün göstərişlər verib. İyirmi nəfərədək vətəndaşı qəbul edən Komitə sədri bir sıra müraciətləri yerindəcə həll edib. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə baxılması və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara çatdırılmaq məqsədilə qeydiyyata alınıb.

İnform.az

Baxış sayı: 291