Hadisə
24.11.2015 / 13:19

Mənzildən silah-sursat tapıldı

Mənzildən silah-sursat tapıldıSumqayıt şəhər sakini Mirzə Mirzəyevin mənzilindən silah-sursat aşkar edilərək götürülüb. Inform.az -ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini Mirzə Mirzəyev saxlanılıb. Onun mənzilindən 2 ədəd qumbara, 1 ədəd nömrəsi silinmiş və lüləsi kəsilmiş “İJ-K” markalı ov tüfəngi və 7 ədəd patron aşkar edilərək götürülüb.

Yardımlı rayon sakini Elşad Dadaşovdan isə qumbara və 11 ədəd müxtəlif çaplı patron götürülüb. Sözügedən sursatlar Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aşkarlanb.

Baxış sayı: 390