Maraqlı
24.11.2015 / 12:32

Cənubun ən ucaboy sakini (foto)

Cənubun ən ucaboy sakini

Onun boyu 2 metrdən çoxdur.

Cənub bölgəsinin ən ucaboylu sakini Cəlilabad rayonundadır. Rayonun Babaxanlı kəndində yaşayan 37 yaşlı Şahlar Quliyevin boyunun uzunluğu 2 metr 5 santimetr, geydiyi ayaqqabının ölçüsü 49-dur. O, kiçik tutumlu avtomobilə belə sığmır. Deyir ki, 14 yaşından etibarən boyu sürətlə artmağa başlayıb və bir neçə il ərzində isə boyunun uzunluğuna görə rayonun ən ucaboy sakini olub. Şahlar Quluyevin bədən ölçülərinə uyğun bazarlarda paltar tapılmadığı üçün, o, geyim və ayaqqabılarını sifarişlə tikdirməyə məcbur olur. Otaqda gəzəndə, qapıdan içəri girib çıxanda əyilməli olur. Çəkisi 120 kiloqram olan Şahlar Quluyevin bədən ölçüləri normadan böyük olsa da, heç də çoxlu yemək yeməyə o qədər də meyilli deyil. Bir neçə il əvvələ kimi peşəkar boksla məşğul olan Şahlar uzun müddət özəl şirkətlərdə mühafizəçi kimi də çalışıb.

Pərvanə NƏHMƏTQIZI / İnform.az

Cənubun ən ucaboy sakini Cənubun ən ucaboy sakini

Cənubun ən ucaboy sakini Cənubun ən ucaboy sakini

Cənubun ən ucaboy sakini Cənubun ən ucaboy sakini

Baxış sayı: 206