Şərhlər
24.11.2015 / 11:43

Ayəsiz ayətullahların ayıbı

Ayəsiz ayətullahların ayıbı
Xanəmir TELMANOĞLU / İnform.az

İrandakı son olaylar çox şeylərə işıq saldı. Fars müctəhidlərindən sayılan ayətullah Müctəhidi Tehraninin türk dilinə qarşı ədəbsizliyi Cənubdakı türklərin ayağa qalxmasına səbəb oldu. Ədəbsiz ayətullahın fikirnə, kifirliyinə görə, türk dili cəhənnəm diliymiş. Cənnət əhlinin də dili farscaymış. Türklərin cənnətə getmələri üçün ərəb olmalıymışlar. Guya binəva ərəblər isə cəhənnəmə getmək istəsələr, cəhənnəm eşqinə düşsələr, dönüb türk olmalıymışlar. İndi bu fars gavurununun dediyi lafa baxın, məntiqə diqqət yetirin, düşüncəyə valeh olun, yanaşmaya quzu kəsin, qənaətə ehsan verin, ağlına dua yazdırın, yox, yox, ağlına heyran qalın, fərasətinə bərəkallah püskürün, kamalına dodaq çeynəyin, fitrətinə burun eşin, cəmdəyinə tüpürün! Bu fars gavuru hələ də başa düşmür ki, dünya 7-8-ci əsrin dünyası deyil. Bu qədər cahilliklə yenidən ağızlarına sığmayan çullu dovşanları şirə çevirib, ceyrana döndərib dinin bazarında peyğəmbər hədisi, Əli kalamı kimi insanlığa, tarixə sırıyalar. Adam fars da olar, adam şiə mollasının saqqalını da buraxar, adam, saxta (bu məntiqi olana bundan artıq nə demək mümkün?) ayətullah çuxası da geyər, adam “müctəhidlik” qanına əlini batırmış da olar, amma adam bir az da, məntiqsizliyi, haqsızlığı, çaqqallığı bir tərəfə qoyub, mədəni insan olma nümunəsini də göstərə bilər. Farsların da başına belə məntiqsiz quşbeyinlilər əngəl-kələf olurlar həmişə. Yazıq fars xalqı, binəva farslar, axı nə etsin ki, bu cəhənnəmliklərin dilindən adları bu şəkildə bitmir və milləti gözdən salır.
Birinci bu ayətsiz, surəsiz, surətsiz ayətullaha qandırmaq lazım ki, sən bilirsənmi, hər bir dilin özəlliyini o dilə yaxın olan dillərin daşıyıcıları, o dillərin ruhunu yaxın dillərin imkanlarında kodlaşdırır. Yəni, fars dili türk dilinin sayəsində dil özəlliyini qazanıb. Dünyanın fars dilində ən möhtəşəm əsərlərini türklər yazıb yaradıb ən azından. Türk oğlu türk Nizami, Nəsimi, Xaqani, Füzuli, 20-ci əsrdə fars ədəbiyyatına öz yaradıcılığıyla ən möhtəşəm damğanı vuran türk oğlu türk Şəhriyar olmasaydı, bu xalqın ədəbiyyatının hansı dil özəllliyindən danışmaq mümkündür. Bu yanaşmanı bu və ya digər şəkildə ruslara da aid etmək mümkün. Biz onların, rusların ədəbiyyatına tatarlar kimi də daxil olub, bu dilin alt qatlarını, gizli süxurlarını qzıyıb üzə çıxarmışıq, bu dilin nüvəsinə enerji vermişik.
Ərəb dili vəhy dilinə uya bilsə də, bu vəhy dilini saxlamağa qadir olmadı. Bu vəhyi saxlayan, qoruyan, ona sevgi, eşq aşılayan bir dil varsa, o da türk dilidir!
Fars dili qadın kimi gözəl ola bilər. Ancaq fars dili kişi kimi cəsarətli, savaşqan, cəngavər, bilgə kimi haqqpərəst, ərən kimi basdığını kəsməyən bir dil ola bilməz. Fars dili qadın dili, qadın cinsinə məxsusdur. Türk dili qəhramanlıq, kişilik, ərdəm dilidir. Bunu, bu özəlikləri hər iki dilin deyimlərindən, danışqda səslənişindən, xitabət üsulundan, dil fəlsəfəsindən, dil oriyentasiyasından bilmək, müəyyən etmək mümkün.
Sizcə bir fars ayətsiz, surəsiz, kitabsız gavur ayətullahı durub dururkən, içindəki kini, hikkəni çıxarmaq üçün, türkün özü varkən, nədən dilini hədəf alsın, nədən türkün qövmünə deyil, türkün dilinə saldırsın, əxlaqsız ifadələr işlətməli olsun?
Farslar gözəl bilir ki, millətin, xalqın gücü onun ərazisində, ölkəsində, iqtisadiyyatında deyil, onun dilindədir. Millətin gücü onun onurunda, ərdəmində cövlan edər. Bir millətə də onun ərdəminə, etnik xarakterik özəlliyinə görə münasibət müəyyənləşir, formalaşır.
İndi gördünüzmü, millətin dili millətin özündən qabaq düşmənlə savaşır, dostla söhbət edir…
Heç kimsə bilməsə də, İran və onun tutuquşu ayətullahları gözəl bilirlər ki, əsrlərdir, farslara ağalıq edən, fars mədəniyyətinin gözünü qorxudan, fars mədəniyyətinə daş çıxardan türk dili olub. O türk dili ki, Azərbaycan imperiyasının bir zamanlar boş yerdən dövlət dili olmamışdı. Bu dilin uca mərhəməti altında hakimiyyətə sığınmış farslar deyildimi? Hətta türk dili dövlət dili, hakimiyyət dili olmamışdan öncə və sonra da bu dilin daşıyıcıları olan seçilmiş insanların xarakteri, onların əsərləri, fiklirləri türk dilinin gücü, türk dilinin mayalanması sayəsində olmamışdımı?
Türk dilinin bir özəlliyi var ki, çevrəsindəki dillər nə qədər hakim dil, rəsmi dil, dövlət gücü müstəvisində olmasına baxmayaraq, o impulus verməyi bacarır. Çünki energetik şifrəsi erkək kodları üzərində formalaşmış türk dili hər zaman, hər şəraitdə digər dillərə, o cümlədən bu dilin əksi olan fars dilinə istilik vermiş, dirilik aşılamış, həyatilik ötürmüş, öz ernergetik dil yaddaşını qoruması üçün gərəkən həddi aşılamışdır. Fars dili ərəb dilinin deyil, əsasən türk dilinin şüasıyla açılmış, bu dilin metafizik dalğasından enerji alıb pardaqlanmış, bu dilin gücüylə varlığını sürdürə bilmişdir. Qadın kişisiz solğun olduğu, solğun göründüyü kimi farsca da türkcəsiz solğun və işıqsızdır.
21-ci əsrin əvvəllərində bir İran ayətullahının türk dilini cəhənnəmlə qiyaslaması sözsüz ki, türk dilinin yetişdirdiyi insanlardan, şəxsiyyətlərdən, ortaya qoyduğu məfkurə, ideya, ideologiya və fəlsəfələrin qorxusunun sonucudur. Bütün bu həngamələr də türk dilinin varlığında, ruhunda öz əksini tapması, (Turançılıq, İslam birliyi, Ümmətçilik kimi...: - x.t.) işin gerçəyini anlayan ayətullahlar üçün hədəfə çevrilib.

Baxış sayı: 523