Baş xəbər, Maraqlı, Araşdırma
23.11.2015 / 16:21

Diktatorların özünəməxsus geyim tərzləri

Sərhədsiz imkanlar diktatorlara hətta kostyumla bağlı öz ağlasığmaz fantaziyalarını həyata keçirməyə şərait yaradırdı. Bir neçə “dəbli” diktatoru sizə təqdim edirik.
Benito Mussolini, 1922-1943-cü illərdə İtaliyanın baş naziri
Diktatorların özünəməxsus geyim tərzləri
Mussolini İtaliyada faşizmin yaradıcılarından biridir. Çıxışlarında daima öz jestləri ilə fərqlənən Mussolini 1943cü ildə taxtdan salınıb həbs olunsa da, alman qoşunları tərəfindən azad olunub və marionet oyuncağına çevrilmiş İtaliya sosial respublikasına başçılıq edib. O keçmiş ölkə başçılarının geyimlərindən nümunə götürərək özü üçün yeni hərbi geyim stili yaratmışdı.


Muammar Kaddafi, Liviyada 1969-2011-ci illər inqlabının rəhbəri
Diktatorların özünəməxsus geyim tərzləri
Mövcud hakimiyyəti devirərək “Yaşıl kitabında” Üçüncü ümumdünya nəzəriyyəsini formalaşdırır və Liviyada özünəməxsus “Cəmahiriyə” adlı yeni siyasi rejimi yaradır. Neftdən gələn gəlirləri sosial proqramlara xərclədiyinə görə ,artıq 1970-ci illərin ortalarında inşaat, təhsil və səhiyyə sahəsində irəliləyişlər mövcud idi. Qəddafinin idarəetmə dövründə Liviyanı dəfələrdə başqa ölkələrin işinə qarışmaqda ittiham edirdilər.
O 2011-ci ildə vətəndaş müharibəsi nəticəsində qətlə yetirilmişdi.

Mobutu Sese Seko, 1965-1997-ci illərdə Demokratik Konqo Respublikasının prezidenti
Diktatorların özünəməxsus geyim tərzləriDiktatorların özünəməxsus geyim tərzləri
Demokratik Konqo Respublikasının rəhbəri 24 noyabr 1965-ci ildə hərbi çevriliş etməklə hakimiyyətə gəlir. Hakimiyyətə gəldikdən sonra mütləq hakimiyyətin əsasın qoyur və ölkədə təkpartiyalı sistem yaradır. Mobunun hakimiyyət dövrü ölkədə aşağı həyat səviyyəsi, korrupsiya ilə xarakterizə olunur.
Mobutu icarə etdiyi təyyarə ilə tez-tez Parisə həftəlik olaraq alış-verişə gedirdi.
1997-ci ildə vətəndaş müharibəsi zamanı ölkədən qaçmış, Mərakeşdə xərçəng xəstəliyindən vəfat etmişdi.

III Msavati, 1986-cı ildən Svazilendin şahı
Diktatorların özünəməxsus geyim tərzləri
Afrikada sonuncu rəsmi mütləq monarx hesab olunur. Parlamenti bərpa etməsinə baxmayaraq, Svazilenddə heç bir siyasi partiya fəaliyyət göstərmir.
Müxalifət şahı özü və xanımlarının bahalı həyatını təmin etmək üçün dövlət xəzinəsini qarət etməkdə günahlandırılır.

İnform.az

Baxış sayı: 1174