Etibarlı mənbə, Baş xəbər
23.11.2015 / 15:55

“Mətbuat katibinin hər bir hərəkəti nümunə olmalıdır...”

“Mətbuat katibinin  hər bir hərəkəti nümunə olmalıdır...”

Son dövrlər milli mətbuatımızda , dəqiq olmayan məlumatların yayılması, Azərbaycan dövlətini sevməyən qara qüvvələrin də bu məlumatlardan sui istifadə etməsi bir media orqanı olaraq “İnform.az” ailəsini də çox narahat edir.
Elə bu məqsədlə də, əziz oxucular, yeni bir layihəyə start vermək qərarına gəldik. Bu layihənin qonaqları bizlərə-media mənsublarına ən yaxın insanlar sayılırlar. Onların verdikləri hər bir məlumat ölkənin daxili və xarici siyasətində önəm daşıyır.
Kimdir onlar?
Layihəmizin adını da onların bu şərəfli və məsuliyyətli peşələrinə hörmət olaraq belə adlandırdıq: “Etibarlı mənbə”.
Beləliklə, layihəmizin ilk “etibarlı mənbə”si, hamının çox yaxşı tanıdığı, səmimiyyəti, obyektivliyi ilə mətbuatın dostu olan Azərişıq ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevdir.


- Salam Tanrıverdi müəllim, “Etibarlı mənbə”nin ilk qonağı olaraq, xoş gördük, sizi.
Bu layihəni gerçəkləşdirməkdə məqsədimiz bu gün Azərbaycanımızın dörd bir tərəfdən bizi istəməyən qüvvələrin əhatəsində olması, milli mətbuatımızınn bəzi orqanlarının da onların dəyirmanlarına su tökərək, dövlətimiz, ölkəmiz haqqında əks məlumatların verilməsinin qarşısının alınmasına gücümüz yetdiyi qədər köməklik göstərməkdir.
Ona görə də Milli mətbuatımızın ən güvənilən, etibar edilən insanlarına-siz mətbuat katiblərinə üz tutmağa qərar verdik. Və layihəmizi də belə adlandırdıq - “Etibarlı mənbə.”
Bəlkə də düşünərsiniz ki, niyə ilk müsahibim sizsiniz?
Cavabı çox sadədir -hər gün, hər evdə həyatımızı nurlandıran bir qurumun mətbuat katibi olaraq ilk xeyr- duamızı sizdən almaq istədik.
Baxın, insan həyatında nikbin və bədbin anlar yaşanır. İnsan gün ərzində nə qədər bədbinliyə köklənsə də, axsam evə gəlib işiğı yandıranda sanki, içində hər şeyin yaxşı olacağına ümüd hissi oyanır və yanan işıqla bərabər onun da ümüdi işıqlanır.
Həmin ümüdi doğuran insanların səlahiyyətli nümayəndəsi olan sizlə-Tanrıverdi Mustafayevlə söhbətə başlamaq istəyirəm. Öncə sizin xeyr-duanız və ardınca isə suallarım gələcək.

- Çox əhatəli və maraqlı suallarla gəlmisiniz. Xeyrli- ugurlu olsun. Nağıllarda deyildiyi kimi:”Həmişə işıq gələn tərəfə gedərlər.” Siz də ışıq gələn tərəfə üz tutmusunuz. Uzun ömürlü və yolıunuz daim isiqli olsun.
Qeyd etdiniz ki, işıq hər evdədir, yəni biz hər evdə hər gün qonaq deyil, artiq ev sahibiyik.
Möhtərəm Prezidentimiz, ulu öndərimizin siyasi və iqtisadi kursunun layiqli davamçısı, cənab İlham Əliyevin sərəncamı ilə artıq təkcə Bakı şəhəri deyil,ölkəmizin bütün regionlarında (Naxçıvan Muxtar respublikasından başqa) elektrik enerjisi təchizatı “Azərişıq”ASC tərəfindən həyata keçirilir.
Artiq on üç ildən az bir vaxtdan bu sahədəyəm. 2002-ci ilin fevral ayından bu məsuliyyətli və şərəfli peşədə çalışıram.
Baxmayaraq ki, mənim sahəm basqadir. Deyir, niyyətin hara ,mənzilin də ora. Bəlkə də uşaqlıqdan çox arzuladığım sahə olub, jurnalistika. Bilmirəm maraqlı olar sizinçün ya yox?

- Təbii olacaq. Sohbətimiz əhatəli olsa ,daha maraqlı olar.

- Mən bir kənd uşağıydım. Orta məktəbdə arzum jurnalistika olsa da, ürək eləmirdim o fakültəyə sənəd verməyə. Çünki bilirsiniz ki, o vaxt çox çətin idi, o fakültəyə qəbul olunmaq.Kənd uşağıydım deyə, düşünürdüm ki, necə olur- olsun ali məktəbə daxil olum, kəndə pərt qayıtmayım. Beləliklə, sənədlərimi o vaxtkı C.İldırım adına Politexnik İnstitutuna, indiki Texniki Universitetə verdim və qəbul oldum.
Sonra belə oldu ki, ixtisasımı dəyişdim. İki il ixtisasdəyişmə ,sonra da aspirantura.1991-ci ildə müdafiə edib, biologiya elmləri namizədi elmi dərəcəsini aldım.
1985-ci ildən Moldaviyada yaşamalı oldum, ömrümün on yeddi ili orayla bağlıdır. Orda Milli Münasibətlər üzrə dövlət departamentində çalışdım.
Mən Allahımdan çox razıyam, həmişə mənə doğru yol göstərib. Doğru yol gedən yorulmaz deyiblər. Bu günədək ürəyimdə nə tutmuşamsa ,hamısına nail olmuşam.Hətta heç yuxuda belə inanmazdım ki, Ulu öndərlə görüşə bilərəm. Bir dəfə telefonla danışmışıq, iki dəfə də görüşmüşük.Bir dəfə Moldova Prezidentinin Azərbaycana rəsmi səfəri zamani, bir dəfə də Dünya Azərbaycanlılarının I qurultayında.
Sizin sözünüzə qüvvət olaraq deyim ki, bu gün Azərbaycanın gündən-günə artan inkişafını görən dünyanın bəzi böyük qüvvələrində bizə qarşı qısqanclıq hissi yaranır.Bu faktdır.
Dünən telefon söhbətimizdə dediniz ki, mətbuat katibinin bir iş günü də sizin üçün maraqlıdır. Həqiqətən də, çox gərgin rejimdə olur mənim iş günüm. Və öhdəmə düşən hər bir işi də vaxtlı- vaxtında həll etmək mənim bir nömrəli vəzifəmdi. Alışmışam bu rejimə. Əgər belə olmazsa, mən sizin dediyiniz “etibarlı mənbə” ola bilmərəm.
Xalqa xidmət etməkdən gözəl nə var ki? Ona görə də, harda olmağımdan asılı olmayaraq həmişə çalışmışam ki, üzərimə düşən o isin ohdəsindən layiqincə gəlim ve obyektiv olum. Bəzən efirlərdə oluram. Həmin vaxt mən özümü abonent olaraq hiss edirəm. Əslində hamıya işıq paylayan bizlər də abonentik. Çoxları elə bilir ki, oturmuşuq burda, sadəcə işıq paylayırıq.
Efirdə bizə aid olan sualları doğru düzgün cavablandıranda, özümü rahat hiss edirəm.

- Tanrıverdi müəllim, başlayaq layihəmizin ilk və ənənəvi sualından. Mətbuat katibi kimdir?

- Çox çətin sual oldu. Baxmayaraq ki, 2002-ci ildən mətbuat katibi olaraq çalışıram, amma bu günədək belə sualla rastlaşmamışdım.
Konkret olaraq, hər hansı qurumun sözçüsü desək? Məncə də bundan o tərəfi yoxdu...(gülür) Yəni, birbaşa...(düşünür)

- Yəni birbaşa “etibarlı mənbə...”

“Mətbuat katibinin  hər bir hərəkəti nümunə olmalıdır...”

- Bəli, etibarlı mənbə...
Mətbuat katibi təmsil etdiyi qurumun vizit kartıdır. Mətbuat katibi evdən çıxıb, işə gələnə kimi nə qədər insanalarla ünsiyyətdə olur.Onun sürdüyü maşın, getdiyi yol, baxışı, insanlarla münasibəti bir sözlə, mətbuat katibinin hər bir hərəkəti nümunə olmalıdır.
İşdən çıxıb evə gedirsən, ola bilər, evdı, ailə arasında hansısa bir işə biganə ola bilərsən. Amma işdə, ictimaiyyət arasında onu edə bilməzsən. Çünki, sən təmsil etdiyin qurumun güzgüsü hesab olunursan. Sənə bu işi etibar edən rəhbərlik sənə güvənir, sənə müraciət edən vətəndaş sənin məsuliyyətli insan olduğunu bilməli və sənə inanmalıdır.Mən də buna çalışdım və çalışıram. Elə bu səyim nəticəsində də, təmsil etdiyim qurumun rəhbərliyinin etibarına, inamına sahib olan dediyiniz kimi - “etibarlı mənbə” Tanrıverdi Mustafayevəm.

- Deməli, layihəmizin istiqamətini doğru seçmişik...

- Bəli ,çox doğru seçimdir.İnsan həyatının müəyyən bir pik nöqtəsi olur. O nöqtəyə insan çarpışa-çarpışa qalxır.Sonra isə yavaş-yavaş, bəzən də sürətlə ordan enir. Amma, bu nöqtəyə qalxmaq üçün insan nələri qazanr, nələri itirir...
Hər şeydən öncə, məni bu gün mən edən anama, müəllimlərimə bu imkandan istifadə edib təşəkkür etmək istəyirəm. Dünyasın dəyişən, boynumda haqqı olan müəllimlərimin də ruhları qarşısında baş əyirəm. Baxın elə dünənki günü götürək...

- Mən şahid oldum ona.

- Səhər 07.30-da evdən çıxmışdım, gecə 01.13-də evə getmişəm.Deməli, saat 08.30 da olmalıydım həkimdə ,səhhətimlə bağlı, 09.00-da olmalıydım işdə. Təbii ,bir az gecikmə oldu. 10-da ,11-də olmalıydım, İctimai televiziyada dəyirmi masada, 12.00-da İnter.az-da, hətta nahar fasiləsində belə ,yəni saat 13.00-da da mediadan zəng gəlir. Bu da onunla bağlıdır ki, payız- qış mövsümü başlayıb suallar coxalıb .14.00- da düşündüm ki, nahar edərəm, Liderden zəng vurdular, 16.-da ApaTv,17-də Lider TV,18.00-da ANS-də, ondan sonra da xanım gəlib, aşağıda bir saat gözləyib, 7-də gedib həmin tədbirdə iştirak edib, saat 23.00-da bir qonağımız olub, onunla görüşüb gəlmişik evə.
Baxın bu da mənim-“etibarlı mənbə”-nin bir gün üçün olan işlərinin siyahısı.
Bütün bu məsuliyyət olmasa, mənə rəhbərlik tərəfindən olan etibarı, güvəni qoruyub saxlamaq olmaz. Inanın səmimiyyətimə, bunları sizə ilk dəfədir deyirəm. Təmsil etdiyim qurumun rəhbəri də çox vətənpərvər, reklam olunmağı sevməyən, öz işinə məsuliyyətli bir insandı.“Mətbuat katibinin  hər bir hərəkəti nümunə olmalıdır...”
Özünüz gələndə şahid oldunuz, hər şənbə mən işçilərimlə iclas keçirir, görülmüş və görüləcək işlərimizi müzakirə edir, planlaşdırırıq. Mətbuat katibi kimdir?
Mətbuat katibinin bütün gələn zənglərə telefonu açıq olmalıdır, mətbuat katibi kimsəni başından eləmək üçün, yalan məlumat verməməlidir. Mətbuat katibi, istər mətbuatın, istər ona sual ünvanlayan insanların dostu olmağı bacarmalıdır. Çünki bu ona təmsil etidyi qurumun rəhbərliyi tərəfindən göstərilən bir etimaddır. Belə olmazsa, nə həmin mətbuat katibi “etibarlı mənbə”, nə də ki, təmsil etdiyi qurum ciddi qəbul edilməz.
“Kimi tanıyıramsa cavab verim,” tanımadığım nömrədirsə açmayım,” “ işdə ola-ola desinlər ki, “işdə yoxdu” və s. kimi yalan və bəhanələr onu hörmətdən salar.
“Ən böyük biclik düzlükdür” deyib dədələrimiz.
Baxın, siz bura müsbət enerjiylə gəldiniz və eləcə də gedəcəksiniz. Bizə mənfi enerjiylə gələn insanlar belə, hər hansi problem olursa olsun ,müsbət cavab alıb, müsbət enerjiylə gedirler burdan.
(telefonu yenə zəng çalır, yenə mətbuatdandı...)

- Mətbuat katibinin kim oldugunu gözəl təsvir etdiniz. İndi də keçək, mənsub olduğunuz qurumla baqlı bəzi suallara. Baxın, bəzən vətəndaşın müəyyən səbəblər ucbatından bir də görürsünüz ki, yeri gəldi gəlmədi, öz səhvi olsa belə, əlaqədar qurumları qınadığının şahidi oluruq. Məsələn, tutaq ki, işiq pulu çox yazır, adam ödəyə bilmir və deyir ki, niyə kəsirsiniz işığı və yaxud suyu.
Sizcə, bu nədən doğur. Niyə insanlarda belə bir fikir formalaşıb ki, öz səhvim olsa da, dövlət qurumların günahkar çıxarım. Buna əsas səbəb nədir ki, öz günahımızı görmədən, həmin qurumun boynuna atırıq. Mən işıq yandırıram, borc yığılır və ödəyə bilmirəm.


- Siz doğru buyurursunuz, 2002-ci ildə bura gələndə elə bilirdim ki, elə vətəndaş zəng vuracaq, problemin deyəcək və biz də onun həllinə çalışacağıq. Bir az kənara çıxım mövzudan, elə bilirsiniz, bizim mətbuat işçılərimizin arasında yoxdumu belə səhlənkar insanlar?
Baxın, gəldiyiniz andan görürsünüz ki,mən çox gərgin iş rejimiylə çalışıram və bunu özləri də gözəl bilirlər. Amma, kimə deyirsən ,boş yerə dəfələrlə zəng vurub, eyni məsələni dəfələrlə təkrar edərək vaxtımı alırlar.
Elementar nahar fasiləsi saat 13.00-dan 14.00-dək olan bir vaxtda belə sakit durmurlar. Əgər məşğulsansa, cavab verə bilmirsənsə, şəhər telefonu, mobil, komutator hamısı bunların zənglərinə məruz qalır.
Eləcə də, öz günahını başqalarının üstünə yıxan insanlar.

- Üzr istəyirəm, dünən mən buna şahid oldum, yəni, sizə zəng vuranda, dediniz ki, saat 13.00-dan 15.00-a kimi boşam, gələ bilərsiniz.Amma, mən qəbul etmədim. Niyə bilirsinizmi, həmin sizin indi dediyiniz nahar fasilənizə mane olmayım deyə.

- Vallah, mənim nahar fasiləm yoxdu. Mən çox vaxt naharsız, səhər yeməyini isə əksər hallarda iş başında edirəm. Çünki bunlara vaxt yoxdu.
Danışanda hamı özünü aristokrat, mədəni, ziyalı təqdim edir. Amma məsələyə gələndə, o biri üzlərini göstərirlər. Uşaq deyillər ki, bu elementar qaydalardı.
Olur ki, gecə saat on ikidə, birdə zəng vururlar. Məsələn, olub ki, gecə saat üçdə zəng vurublar, qadındı təyyarəyə gecikir, qalıb liftdə, işıq sönüb. Buna kömək lazımdır. Bunlar başqa.
Amma, hərə bir telefon alıb əlinə zəng- zəng dalınca,” ay mən filan qəzetin, filan portalın baş redaktoruyam və ya əməkdaşıyam” filan. Vallah, inanın o insanların nə mətbuatdan, nə jurnalistikadan xəbərləri yoxdu. Sadəcə məqsədləri aydındı. Və bir şeyi anlamırlar ki, biz sosial fond deyilik. Və bura da xeyriyyə cəmiyyəti deyil.

- Baxın, elə bəlamız da bundadır, bu gün ən asan qazanc yolu olub mətbuat.

- Mənim xasiyyətimi bilirlər deyə, hamı mənə müraciət edir. Bilirlər ki, mən hər kəsə cavab verəcəm. Ona görə də bezdirirlər.
Bizim işimizdə, hər şeyə nə özümüzdən cavab verə bilmərik, nə də bizə olunan etibardan sui- istifadə edə bilmərik.
Rəhbərin yetərincə işləri var. Əgər məni bura oturdublarsa ,mən cavabdeh olduğum sahəyə məsuliyyətlə yanaşmalıyam.
Pis insan yoxdur, pis xasiyyət və xarakter var. Allah yaradan qul pis ola bilməz. Nizaminin gözəl bir kəlamı var:
Həyasız adama qarşı sərt rəftar
Yumşaq davranmaqdan faydalı olar.“Mətbuat katibinin  hər bir hərəkəti nümunə olmalıdır...”
Dəfələrlə olub ki, həmin mətbuat nümayəndələrini dəvət etmişik, söhbətlər aparmışıq ki, əgər ciddi qəzetsinizsə, gəlin abunə yazılaq, rəsmi müraciət edin. Mən axı özbaşına deyiləm, hər şeyə öz bildiyim kimi reaksiya verəm.

- Bu insanın xislətindən asılıdır. Baxın, elə götürək həmkarlarınızı. Olur ki, dəfələrlə dövlət qurumlarının mətbuat xidmətləriylə əlaqə saxlamaq olmur. Hətta onlarla şəxsi münasibət, tanışlıq yoxdursa, onların birbaşa mobil telefonlarına belə düşmək olmur.
İnanın, elə nazirlik var ki, biz iki aydı onun mətbuat xidmətiylə əlaqə yarada bilmirik. Adını açıqlamayacağam. Sizcə bundan onun rəhbərinin xəbəri varmı? İnanın ki, çoxunun xəbəri yoxdu. Rəhbər arxayındır ki, onun sözçüsü var, ona həvalə olunan bütün işlərin öhdəsindən gəlir. Amma, bu belədirmi?


- Bayaq da dedim ki, mətbuat katibi hər bir qurumun vizit kartıdır.

- Bəli, sən bir qurumun sözçüsüsən, quruma ünvanlanan bütün suallara cavab verməlisən. Təbii səlahiyyətin daxilində. Cənab Prezidentin də istəyi budur ki, media qurumları yaydıqları məlumatların dəqiqliyinə, etibarlılığına zəmanət versinlər. Elə kim necə gəldi deyə, yaza bilməz axı. Ona görə də, belə mətbuat katiblərinin səhlənkarlıqları üzündən çox vaxt bəzi mətbuat orqanları da acığa düşüb, bildikləri- bilmədikləri məlumatları yayırlar

- Həqiqətən, bəzən bu kürsünün niyə bu qədər insanları dəyişdiyini anlaya bilmirəm. Həyatdı ,bu gün mən burdayam, sabah bir başqası burda olar. Bu gün mən vəzifədəyəm, sabah bir başqası ola bilər və mən lap işsiz qala bilərəm. Həyatdı, burda kimsə yaşayacağı heç bir şeydən sığortalanmayıb.

- Yenə sizin sahənizə gəlim, qış gəlir. Amma bu il çox tez gəldi qış. Azərişıqda olan yeniliklər...

- Çoxdur, həddindən artıq çoxdur. Bayaq da dedim ki, mətbuat xidməti olaraq mən inanın, vaxt çatdıra bilmirəm.

- Bilirəm, bu mövzuda bütün suallara tam olaraq, cavab vermək asan deyil. Ona görə də ən əsas olan yenilikdən danışaq.

- Azərişıq doqquz aydı yaradılıb, 2015-ci ilin fevralın 10-da cənab Prezidentimiz İlham Əliyevin sərəncamı ilə. Bir ay ərzində əməkdaşlarımız yerlərdə təhvil- təslim apardılar. Həlli daha vacib olan problemlər araşdırıldı, təhlil olundu və qısa zaman kəsiyində bu problemlərin 80-90 faizi çox böyük uğurla aradan qaldırıldı.
İlk olaraq, 7 Regional Enerji Təchizatı və Satışı idarələri yaradıldı. Şimal,Qərb, Şimal-Qərb,Cənub, Mərkəzi-Aran, Aran, Bakı.
Bu regionlarda 8-10 rayon birləşir. Dörd bənddən ibarət İnkişaf Proqramı təsdiq edilib. Əsas bənd də reabilitasiya bəndidir. Yəni, ən operativlik tələb edən bənd budur.1000 ədəd yeni komplekt transformator məntəqəsi quraşdırılıb və ilin sonuna qədər daha 500 ədəd quraşdırılıb istifadəyə veriləcəkdir.Şəhər və rayonlarda yeni yarımstansiyalar inşa edilir.
10 km-ə yaxın kabel xətləri dəyişdirilib, yeni xətlər çəkilib. Çürümüş ağac dayaqlar dəmir-beton dayaqlarla əvəz olunur. İnşallah, üç-beş il ərzində regionlarımızın da gecələri, Bakı gecələri kimi daha işiqlı, daha nurlu görünəcək.
Yeni maşın və mexanizmlər almışıq. Zaqatalanın ucqar kəndləri var, inanın qış oldumu, o kəndlərdə işıqla bağlı tez- tez problemlər yaranırdı. Bizim əməkdaşlar tərəfindən həmin kəndlərə işıq çəkildi, hətta o kəndlərdə ailələrə televizor hədiyyə ediblər.
Qısa müddət ərzində ASC-nin daxili vəsaiti hesabına avadanlıqlar yenilənib. Eləcə də, işçilərimizin rahat işləmələri və dincəlmələri üçün 18 rayonda yeni ofis binaları inşa edilib, bütün şərait yaradılıb.

-Tanrıverdi müəllim, öz həmkarlarınıza bu söhbətin sonu olaraq nə demək istərdiniz? Baxın, onların arasında sizdən yaşda böyük olanlar da var, kiçik olanlar da. Sizcə, lazımdımı bu vəzifədən sui- istifadə edib, insanlara qarşı qeyri- səmimi münasibət göstərmək, özünü çəkib dağ başına qoymaq, ona etibar olunan işi gözdən salmaq?

- Mən həmkarlarıma şeirlə deyəcəm sözümü. Bir rəssam şair var, İncədərəsindən. Təbiət təsvirli şeirlərində sözaltı kəlmələrlə çox məqamlara toxunur.Deyir ki,

Könül qanlar çıcəklədi,
Çatlayan nar oldunmu heç?
Eşq ilə sevdaya vardın,
Bir könülə yar oldunmu heç?

Hər kəs sevər, hər kəs aşiq olar. Amma hər kəs sevdiyi ürəkdə yar ola bilirmi?

Sizin sualınıza cavab:

Güllər acar solmaq üçün
Sular axar donmaq üçün
Bağlarda bar olmaq üçün
Dağlarda qar oldunmu heç?

Mənim həmkarlarım da “bağlarda bar olmaq” üçün, gərək dağlarda qar olmağı bacarsınlar.Dünya fanidir. İnsan özündən sonra yalnız bu iki şeyi saxlayır, ya “Rəhmət” ya da Allah qorusun “Lənət”. Qoy hər kəs birinciyə sahib olmağa çalışsın. Ikincini qazanmaq çox asandır.

- Tanrıverdi müəllim, çox sağ olun ki, bu gərgin iş rejimində bizə zaman ayırdınız. Nəzərinizə çatdirim ki, saytımız dörd aydır fəaliyyətə başlayıb. Amma, bu dörd ayda artıq öz oxucu auditoriyasını qazanıb. Siz bir “etibarlı mənbə” olaraq, bizə nə arzulardınız?

- Mənim sizə çox böyük hörmətim var. Sizin vətənpərvərliyiniz, dövlətə, prezidentimizə bağlı olmağınız ,həmişə göz önündədir. Vallah, tərif üçün demirəm, bu həqiqətdir.
Azərbaycan, Azərbaycançılıq, xalqçılıq ideyası ilə yaşayan hər bir soydaşıma dərin sevgim və hörmətim var. Mən uzun illər Vətəndən kənarda yaşamışam,amma hər zaman vətənlə nəfəs almışam. Bu gün hər bir azərbaycanlının borcudur ki, bu hisslərlə yaşasın. Hamımız bir nəfər kimi, cənab Prezidentimizin ətrafında sıx birləşib, bizi sevməyən düşmən qüvvələrə qarşı birlikdə mübarizə aparmalıyıq. Hər kəs çalışdığı sahədə məsuliyyətlə, sədaqətlə, inamla çalışarsa, vallah, bizə kimsə güc gələ bilməz.
Sizin saytınıza gəldikdə isə, uzunömürlü olmasını arzulayıram. Tutduğunuz bu şərəfli və məsuliyyətli işinizdə hər zaman uğurlar, bitməyən səbr, obyektiv söz demək gücünüzün azalmamasını diləyirəm.

- Təşəkkür edirik, yeni görüşlərədək.

Xalidə XALİD / İnform.az

Baxış sayı: 1661