Siyasət
22.11.2015 / 23:40

Türk Dünyası “Azərbaycan çay süfrəsi”ndə bir araya gəldi

Türk Dünyası “Azərbaycan çay süfrəsi”ndə bir araya gəldi21 noyabr tarixində Türkiyənin paytaxtı Ankara şəhərində yerləşən “Yerli Düşüncə” dərnəyində “Azərbaycan Çay Süfrəsi” tədbiri təşkil edilib. Azərbaycanın tarixi, mədəniyyəti, coğrafiyası, məşhur şəxsiyyətlərinin tanıdılması məqsədi ilə hazırlanan tədbirdə Türkiyə Respublikası Mədəniyyət və Turizm naziri Yalçın Topçu, TBMM millət vəkili Mətin Gündoğdu, TRT nümayəndəsi Nizam Şahin, “Yerli Düşüncə” dərnəyi xarici işlər şöbəsinin sədri Mehmet Atak, habelə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Axısqa, Türkmənistan, İran, Kosova, Özbəkistan, Monqolustandan olan və Ankarada təhsil alan tələbələr də iştirak edib. Tədbir təşkilatçılarından olan, Hacettepe Universitetinin Tarix üzrə doktorantı Cavid Mövsümlü gələn qonaqlara slayt göstərməklə Azərbaycan haqqında geniş məruzə ilə çıxış etməklə yanaşı, qonaqları Azərbaycan çayı və şirniyyatlarına qonaq edib. Bundan əlavə “Yerli Düşüncə” dərnəyinin yayımladığı eyniadlı jurnalın noyabr sayında Cavid Mövsümlünün Azərbaycan haqqında yazmış olduğu “Odlar Yurdu - Azərbaycan” tanışlıq yazısının olması və Azərbaycan haqqında qonaqların ətraflı məlumat alması üçün hər kəsə tədbir iştirakçılarına dərnək tərəfindən dərgi hədiyyə edilmişdir. Tədbirdə çıxış edən Yalçın Topçu bu kimi tədbirlərin Türk-İslam coğrafiyası üçün əlamətdar hadisə olduğunu söyləyərək, bu işdə gənclərin rolunun böyük olduğunu söyləyib. Bu işi ilk olaraq başlayan Azərbaycan gəncliyinə təşəkkürünü bildirib. Daha sonra tədbirdə çıxış edən Mətin Gündoğdu da Azərbaycan gənclərinin aktivliyindən bəhs edərək, yaxınlarda təşkil olunacak Balkan ölkələri səfəri layihəsinə onların da cəlb ediləcəyini söylədi. Yekün olaraq, Cavid Mövsümlünün yaxın aylarda “Azərbaycan Mədəniyyət Gününün” daha böyük salonda, və daha rəngarəng bir programla keçirmək təklifi rəsmilər tərəfindən müzakirə edilərək dəstəklənilmişdir. Sonda bütün qonaqlarla birgə xatirə şəkli çəkilmişdir.
Cavid MÖVSÜMLÜ / İnform.az
Türkiyə, Ankara

Baxış sayı: 895