Dünya
22.11.2015 / 21:56

Türkiyə BMM-nə yeni sədr seçilib

Türkiyə BMM-nə yeni sədr seçilib Bu gün Türkiyə Böyük Millət Məclisinə (TBMM) yeni sədr seçilib.

İnform.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, AKP-nin İstanbul millət vəkili İsmayıl Kahraman TBMM-nin sədri seçilib.

O, 316 səslə rəqiblərinə qalib gəlib.

Qeyd edək ki, TBMM sədrliyinə parlamentdə təmsil olunan CHP-dən Gülsün Bilgehan, MHP-dən Yusuf Halaçoğlu, HDP-dən Dengir Mir Mehmet Fırat namizəd olublar.

Baxış sayı: 317