Gündəm, Dünya
22.11.2015 / 13:23

Türk Hava Yollarına məxsus təyyarə təcili eniş edib...

Türk Hava Yollarına məxsus təyyarə təcili eniş edib...Nyu-Yorkdan Ankaraya uçan, “Turkish Airlines” şirkətinə məxsus “Airbus A330” təyyarəsi Kanadanın Qalifaks şəhərinə təcili eniş edib.

Təcili enişə təyyarədə bomba olması ehtimalı səbəb olub.

Təcili enişdən sonra təyyarədə olan 256 nəfərin hamısı təhlükəsiz yerə təxliyə edilib.

Kanada polisindən bildiriblər ki, məcburi eniş təyyarənin göyərtəsində bomba olması barədə məlumata görə həyata keçirilib.

Hazırda təyyarənin göyərtəsində itlərin də köməyi ilə axtarış aparılır.

İnform.az

Baxış sayı: 405