Dünya
22.11.2015 / 07:22

Türkmənistan prezidenti İrana səfər edəcək

Türkmənistan prezidenti İrana səfər edəcək İnform.az "RİA Novosti"-yə istinadən bildirir ki, Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov İrana rəsmi səfər edəcək.

O, burada qaz ixrac edən ölkələrin toplantısında iştirak edəcək.

Məlumata görə, Türkmənistan prezidentinin İranın rəsmi şəxsləri ilə də təkbətək görüşləri olacaq.

Baxış sayı: 247