Dünya
22.11.2015 / 03:32

İŞİD 5 ölkədə terror aktı planlaşdırır

İŞİD 5 ölkədə terror aktı planlaşdırır İŞİD terror təşkilatı 22 noyabr tarixində ABŞ, İndoneziya, İtaliya, Livan və Parisdə yeni hücumlar təşkil etməyi planlaşdırıb. İnform.az "Modern.az"-a istinadən xəbər verir ki, beynəlxalq haker qrupu “Anonymous” bununla bağlı məlumatları əldə etdiyini açıqlayıb.

“Anonymous”a görə, İŞİD ABŞ-ın Corciya ştatının Atlanta şəhərində güləş üzrə dünya çempionatının keçiriləcəyi “Philips Arena”da terror aktı təşkil edəcək.

Haker qrupunun məlumatında bildirilir ki, İŞİD-in digər hədəfləri Parisdə qadınların keçirəcəyi kütləvi nümayiş, İtaliyanın paytaxtı Romada qeyd olunacaq Məsih bayramı mərasimi, ABŞ-ın “Five Finger Death Puch” qrupunun İndoneziyada verəcəyi konsert və Livanda bir universitetdir. “Anonymous” İŞİD-in sözügedən hücumları planlaşdırdığına dair dəlilləri səlahiyyətlilərə verdiyini açıqlayıb.

Baxış sayı: 345