Dünya
22.11.2015 / 02:34

Balkan ölkələri bəzi miqrantları qəbul etməyəcək

Balkan ölkələri bəzi miqrantları qəbul etməyəcək İnform.az "RİA Novosti"-yə istinadən bildirir ki, Serbiya baş naziri Aleksande Vuçiç, Aİ sədri Donald Tuskla görüşü zamanı bildirib ki, Sloveniya, Xorvatiya və Macarıstan iqtisadi miqrantları qəbul etməsə, Serbiya da eyni addımı atacaq.

Serbiyanın ardınca Makedoniya və Albaniya hökumətləri də belə bir qərar vermək niyyətindədir.

Qeyd edək ki, 18 noyabrdan etibarən Yunanıstan, Xorvatiya, Sloveniya və Serbiya hökumətlərinin aldığı qərara əsasən bu ölkələrə yalnız müharibə bölgəsindən gələn miqrantlar daxil ola biləcəklər.


Baxış sayı: 127