Dünya
21.11.2015 / 17:33

İrəvan polis rəisinin müavini ABŞ-a mühacirət edib

İrəvan polis rəisinin müavini ABŞ-a mühacirət edibYerevan şəhər polis rəisinin əməliyyat işləri üzrə müavini Artur Mehrabyan Ermənistandan ABŞ-a mühacirət edib.
İnform.az "Report"a istinadən xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.
Məlumata görə, bu yaxınlarda A.Mehrabyan "Green card" udub. Xəbərdə bildirilib ki, cari ayın əvvəlində Ermənistan polis rəisi Vladimir Qasparyan onu öz ərizəsi əsasında işdən azad edərək, kadr ehtiyatlarına göndərib.
Ölkə mətbuatı yazıb ki, Artur Mehrabyan Ermənistan hakimiyyətinə ən yaxşı xidmət edənlərdən olub.

Baxış sayı: 161