Mədəniyyət
21.11.2015 / 16:10

​“Kitabi-Dədə Qorqud”a həsr olunmuş rəsm sərgisi açılacaq

​“Kitabi-Dədə Qorqud”a həsr olunmuş rəsm sərgisi açılacaqNoyabrın 25-də Dövlət Rəssamlıq Akademiyasında rəsm sərgisinin açılış mərasimi olacaq. Bilik Fondundan verilən məlumata görə, sərgi “Kitabi-Dədə Qorqud”un dünya elminə tanıdılması və alman dilində ilk nəşrinin 200 illiyi münasibəti ilə keçiriləcək.
Tədbirdə müxtəlif bölgələrdən olan 120-dək məktəblinin “Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında çəkdikləri rəsmlər nümayiş olunacaq.

İnform.az

Baxış sayı: 381