Hadisə
09.07.2015 / 14:29

Yandırılmış meyiti tapıldı

Yandırılmış meyiti tapıldı

Xızı rayonunun ərazisində meyit tapılıb.

Xızı Rayon Polis Şöbəsindən İnform.az-a verilən məlumata görə, Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Natəvan Əliyevanın yanmış cəsədi rayonun Yeni Yaşma qəsəbəsi ərazisində aşkar edilib.

Meyitə ilkin baxış zamanı N. Əliyevanın qətlə yetirildiyi məlum olub.

Polisdən N. Əliyevanın bu il iyun ayının 25-dən 26-na keçən gecə paytaxtın Xətai rayonunda itkin düşməsi barədə ərizə daxil olduğu bildirilib.

Baxış sayı: 246