Siyasət
21.11.2015 / 11:20

YAP rəhbərliyi Fəxri xiyabanda olub

YAP rəhbərliyi Fəxri xiyabanda olubBu gün Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 23-cü ildönümü münasibətilə partiyanın İcra katibliyi, İdarə Heyətinin, Siyasi Şuranın üzvləri Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib. YAP üzvləri Ulu Öndərin məzarı önünə əklil qoyublar.

Daha sonra ziyarətçilər akademik Zərifə Əliyevanın məzarını ziyarət ediblər, xatirəsini anıblar.

Mərasimdə, həmçinin millət vəkilləri, ictimaiyyət nümayəndələri və YAP-ın gənc üzvləri iştirak ediblər.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının əsası 1992-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. 2003-cü ildən bəri partiyanın sədri İlham Əliyevdir. Yeni Azərbaycan Partiyasının lideri İlham Əliyev 2003-cü və 2008-ci illərdə keçirilən Azərbaycan Respublikası Prezidenti seçkilərində qalib olub. 2010-cu il Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə partiya 125 mandatdan 72-sinə sahib olub.

Inform.az

Baxış sayı: 458