Dünya
21.11.2015 / 05:06

İran Rusiyadan 100 sərnişin təyyarəsi alacaq

İran Rusiyadan 100 sərnişin təyyarəsi alacaq İran hakimiyyəti yaxın 5 il ərzində Rusiyadan 100 ədəd "Sukhoi Superjet" təyyarəsi almaq niyyətindədir.

İnform.az "Report"-a istinadən xəbər verir ki, bu barədə Rusiya tərəfi məlumat yayıb.
"İranın aparıcı aviaşirkətlərindən biri təyyarə alışı ilə bağlı Rusiyanın Birləşmiş Aviatikinti Korporasiyası ilə danışıqlar aparıb. Bu Rusiya təyyarələrinin İranda istehsalı da istisna edilmir", – deyə Rusiya baş nazirinin müavini Roqozin bildirib.

"Rossiyskaya qazeta"nın məlumatına görə, İran, həmçinin Rusiyanın Qlobal Naviqasiya Peyk Sistemi və Rusiyanın iştirakı ilə Yerin məsafədən zondla tədqiq edilməsi üçün şəxsi peyk qrupunun yaradılması ilə maraqlanır.

"Sukhoi Superjet 100" – yaxınmagistral sərnişin təyyarələridir. Təyyarələr Rusiyanın "Aeroflot", "Qazprom avia" və "Inter jet" aviaşirkətləri tərəfindən istismar olunur.

Baxış sayı: 406