İdman
16.06.2015 / 10:49

İlk Avropa Oyunlarının əhəmiyyəti böyükdür

İlk Avropa Oyunlarının əhəmiyyəti böyükdür

İnform.az-ın məlumatına görə, Almaniyanın bir sıra xəbər portalları DPA informasiya agentliyinə istinadla “Ovçarov: İlk Avropa Oyunlarının böyük əhəmiyyəti dəyəri var” sərlövhəli məqalə yayımlayıblar (http://www.europeonline-magazine.eu/ovtcharov-europaspiele-haben-gewaltigen-stellenwert_396462.html).

Məqalədə tanınmış idmançı, 2013-cü ildə stolüstü tennis üzrə Avropa çempionu Dmitriy Ovçarovun “Bakı-2015” ilk Avropa Oyunları barədə fikirləri yer alıb. D.Ovçarov ilk Avropa Oyunlarının səfiri kimi çıxış etməsinin onun üçün böyük qürur olduğunu bildirib.

Birinci Avropa Oyunları üçün hazırlıq mərhələsində Bakıda olan idmançı Azərbaycandan xoş təəssüratlarla qayıtdığını vurğulayıb. Atlet məsləhət görür ki, Bakıya ilk dəfə səfər edən şəxslər şablon fikirlərdən uzaq olsunlar, bu halda bir sıra müsbət sürprizlərlə qarşılaşacaqlar.

Baxış sayı: 631