Baş xəbər, Mədəniyyət
20.11.2015 / 13:59

Azərbaycan YUNESKO-nun Ümumdünya İrs Komitəsinə üzv seçilib

Azərbaycan YUNESKO-nun Ümumdünya İrs Komitəsinə üzv seçilibAzərbaycanın YUNESKO-nun Ümumdünya İrs Komitəsinə üzv seçilməsi komitənin fəaliyyətində önəmli yer tutacaq. Quruçun Ümumdünya İrs Mərkəzinin direktoru Meştild Rossler bu fikirdədir.

Parisdə, YUNESKO-nun baş qərargahında Ümumdünya Mədəni və Təbii İrsin qorunması haqqında 1972-ci il Konvensiyasına üzv dövlətlərin 20-ci Baş Assambleyasının iclası keçirildi. İclasda Ümumdünya İrs Komitəsinə seçkilər baş tutdu. Azərbaycan 156 üzv dövlətdən 115-nin səsini qazanaraq Komitəyə tarixində ilk dəfə olaraq dörd il müddətinə üzv seçildi.

Qeyd edək ki, 21 üzv dövlətdən ibarət Ümumdünya İrs Komitəsi YUNESKO-nun ən mötəbər və əhəmiyyətli qurumlarından biri sayılır, mədəni və təbii irs obyektlərinin mühafizəsi və Ümumdünya İrs siyahısına daxil edilməsi və ya bu siyahıdan çıxarılması məsələsinə cavabdeh qurumdur. Xatırladaq ki, 2000-ci ildə Qız Qalası və Şirvanşahlar Sarayı ilə birgə İçəri Şəhər kompleksi, 2007-ci ildə isə Qobustan Dövlət Bədii-Tarixi Qoruğu YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Baxış sayı: 434