Şərhlər
19.11.2015 / 21:47

Dünyanı utandıran qızımız

Bəybala Mirzəyev/araşdırmaçı-jurnalistDünyanı utandıran qızımız

Daha bəsdir, Fransadan və İŞİD-dən, terrorçulardan danışdıq, yorulduq. Bir az da məsələnin görünməyən tərəflərindən və insanlardan danışaq. Daha doğrusu,konkret bir insandan danışaq.
O insan kimdir ?
Bu günlər Paris hadisələrinin baş verdiyi yerlərə canlı surətdə baş çəkən və hər şeyi öz gözüylə görən yeganə azərbaycanlı - Aysel Həmidova...
Amma bunu da öncədən qeyd edim ki,Aysel xanım orda bizim Azərbaycanı yox,uzaq İtaliyanı təmsil edirdi.
Çünki Aysel xanım İtaliya hökumətinin rəsmi təmsilçisidir. Və beynəlxalq dərəcəli hüquqşünasdır.
Aysel Həmidova Parisdə keçirilən beynəlxalq sülh konfransında iştirak edəcəkdi.
Amma həmin toplantıda ermənilərin və farsların fəal iştirakı və müsəlmanlar,türklər əleyhinə danışmaları Aysel xanımı məcbur edib ki,o həmin toplantıda əsl azərbaycanlı xarakterini ortaya qoysun.
Və qoyub da !
O toplantı iştirakçıları qarşısında təmiz ingilis dilində danışaraq müsəlmanların və türk dünyasının haqlarını edib.
Eyni zamanda da Dağlıq Qarabağın da məhz terrorizmin - erməni terrorçuluğunun qurbanı olduğunu cəsarətlə söyləyib.
Ermənilər və farslar isə onun çıxışına mane olmağa və onu hər cür yolla susdurmağa çalışıblar.
Lakin istəklərinə nail ola bilməyiblər. O öz sözünü axıra qədər deməyi, qoca Avropanın kar qulaqlarına Azərbaycanın səsini çatdırmağı bacarıb.
Açığı, ermənilərin çoxluq təşkil etdiyi ermənipərəst bir ölkədə - Fransada belə bir çıxışda bulunmaq həqiqətən də insandan cəsarət istər.Yaxşı ki, Aysel kimi qızlarımız, vətənpərvərlərimiz var.
Və nə yaxşı ki,onlar lazımi anda lazımi yerdə olmağı,öz sözlərini deməyi bacarırlar.
P.S.
Mən istərdim ki,bizim jurnalistlərimiz,köşə yazarlarmız Fransaya getmədən,Parisdəki olayları öz gözləriylə görmədən,bilmədən həmin teraktlar və onun səbəbləri,təşkilatçıları barədə ağızlarına gələni yamaqdansa, Aysel Həmidova kimi peşəkarlara və canlı şahidlərə müraciət etsə,canlı telefon
bağlantıları qursaydılar, bu, daha düzgün bir iş olardı.
Təşəkkürlər, Aysel xanım !
Bütün Azərbaycan adından təşəkkürlər !!!

Baxış sayı: 1072