BİZ, Şərhlər
19.11.2015 / 21:17

Bizdən adam olmayacaq...

Bizdən adam olmayacaq...Günel Fərhadqızı/İnform.az

Uşaqlar bizim gələcəyimizdir… Tərbiyə, biliklərin, əxlaqın, mənəvi dəyərlərin əsasları uşaq doğulmamışdan öncə və doğulandan ölənədək qoyulur, gen özünü göstərir, ailə tərbiyəsi təsir edir, ətraf mühit, ətrafındakı insanlar, dost-tanış, ictimaiyyətin rəyi çox böyük insanın fərdiləşməsi prosesinə çox böyük təsir göstərir...

Valideynlərin önəmi böyükdür, valideynləri seçmək imkanımız çox zaman bizə verilmir… Bəzən elə valideynlər verilir ki uşaqlara, onları qınamaq olmur, o uşaqlar, ya elə pis insan olurlar ki, qınaya bilmirsən, çünki vaxtında, uşaq olarkən lazımı olanları almırlar valideynlərindən, ya da ki, elə yaxşı insanlar olurlar ki, valideynlərinin təsirinin olmaması sevindirir adamı…

Elə də olur ki, valideynsiz qalır uşaqlar, kimsəsiz, doğulduğu gündən həyata atılmış olurlar… Bunu da edən valideynlər olur… Bəzən isə elə valideynlər olur ki, yaxşı insanlardır və uşaqları isə elə insan çıxır ki, onları görəndə düşünürsən ki, “belə uşaqlar doğulmasaydı, daha yaxşı olardı…”

Amma indi müzakirə mövzusu başqadır, əsas mövzumuz valideynlərdən, ictimaiyyətdən, ətraf mühitdən, dost-tanışdan asılı olmayaraq insan olmaqdır! Bizdə şərq xalqları, mədəniyyəti, mühiti nədənsə ta qədimlərdə, din gəlməmişdən öncə daha sivil, daha mədəni, daha müdrik idi… Sonra isə qılıncdan keçirildik, yaxşıların qanı axdı, qaldı pislər, onlar çoxaldıqca, çoxaldı…
Rəşad Nuri Güntəkinin və digər şərq yazar, şairlərin əsərlərini oxuyuram, o vaxtdan nadanlıq, dini mövhumat, mənasız və insanlığa zidd şəriət qanunları, dini nümayəndələrin qadağaları da gündəmdə idi, ictimai rəy, insanlığa zidd hərəkətlər cəmiyyətdə biabırçı vəziyyətdə idi…

Şərq dünyası düzələn deyil, şərq əhli əsil insan olan deyil…Hamısının arxasında nadanlıq, bisavadlıq, dindarlara inanmaq və qorxu, paxıllıq, qısqanclıq dayanır… İnsan olmaq və insanları sevmək lazımdır… Qorxmaq deyil… Mən dinlərə deyil, özünü dindar adlandırıb, insanlara təzyiq və təsir göstərənlərə, istədikləri kimi beyinlərini yuyanlara, dinə, Allahın adına xələl gətirən mövhumatçılara, radikal insanlara nifrət edirəm…
Ərəblər, farslarla qanımız qarışdıqca, korlandıq, qanımız qaraldı, qırmızılaşmaq əvəzinə…
İndi qərblilər daha sivil, mədəni, müdrik və ağıllı olublar, şərqdən götürüb öyrəndiklərini, aldıqlarını indi şərqə qarşı yönəldirlər…
Bizdən adam olmayacaq!

Nə qədər ki, cəmiyyətdə xəstə təxayüllü insanlar özünə xeyir edəni qınamaq, xeyir etməyəni qınamamaq, başqasına paxıllıq etmək, qısqanmaq kimi cəhətləri uşaqlara uşaq vaxtından aşılayacaq...
Bizdən adam olmayacaq!

Nə qədər ki, uşaqlarımızı məcburi qaydada, ağlı kəsməyən yaşda dinə, cəmiyyətə qurban verəcəyik...
Bizdən adam olmayacaq!
Nə qədər ki, uşaqlarımızı uşaq yaşından qorxu içində böyüdəcəyik, qorxudacağın, səhvləri deyib, düzəltmək əvəzinə, döyüb, söyüb, təhqir edəcəyik, uşaqlarımızla ünsiyyətdən, uşaqlarımızı anlamaqda, dinləməkdən qaçacağıq...
Bizdən adam olmayacaq!

Nə qədər ki, uşaqlarımızın xətrinə dəyənləri, ağadanları,incidənləri tanımadan uşaqlarımıza onları döyməyi, söyməyi öyrədiriksə, o uşaqların valideynlərini tapıb,onlarla sivil insan kimidanışmırıqsa...
Bizdən adam olmayacaq!

Nə qədər öz gerçəkləşməyən arzularımızı uşaqlarımıza zorla sırıyacağıq, onların arzu və istəklərinə, seçimlərinə hörmətlə yanaşmayacağıq, demokratik, tolerant yanaşıb, azad düşünməyə icazə verməyəcəyiksə, onları idarə etməyə, özümüzdən asılı vəziyyətə salmağa çalışacağıq...
Bizdən adam olmayacaq!

Nə qədər ki, təhqir, söyüş, döymək, ailədaxili aqressiyanı uğurlu tərbiyə metodu hesab edib, uşaqlarımızı ağladacağıq, qanını axıdacağıq...
Bizdən adam olmayacaq!

Nə qədər ki, övladımızı hamının yanında, ictimai yerdə qınayıb, danlayıb, psiləyib, qiymətdən,hörmətdən salacağıq...
Bizdən adam olmayacaq!

Nə qədər ki, övladlarımıza məhdudiyyətlər, qadağalar qoyub, övladlarımıza istədiyini verməyib, almayıb, gözlərini ac qoyacağıq, qonaq gələnlərə və gedəcəyimiz qonaqlara hər şeyi alacağıq...
Bizdən adam olmayacaq!

Nə qədər ki, müsbəti qoyub, övladlarımıza mənfini təlqin edəcəyik..
Bizdən adam olmayacaq!

Nə qədər ki, övladımızı hamının yanında, ictimai yerdə qınayıb, danlayıb, pisləyib, qiymətdən, hörmətdən salacağıq...
Bizdən adam olmayacaq!

Nə qədər ki, övladlarımıza məhdudiyyətlər, qadağalar qoyub, onlara istədiyini verməyib, almayıb, gözlərini ac qoyacağıq, qonaq gələnlərə və gedəcəyimiz qonaqlara hər şeyi alacağıq...
Bizdən adam olmayacaq!

Nə qədər ki, müsbəti qoyub, övladlarımıza mənfini təlqin edəcəyik...
Bizdən adam olmayacaq!

Baxış sayı: 727